https://sputnik.az/20230403/azerbaycanli-sablyaci-dunya-cempionatinda-gumus-medal-qazanib-453329041.html
Azərbaycanlı sablyaçı dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanlı sablyaçı dünya çempionatında gümüş medal qazanıb
Sputnik Azərbaycan
Zərifə Hüseynova belə nəticəyə nail olan respublikanın ilk təmsilçisi olub. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T16:03+0400
2023-04-03T16:03+0400
2023-04-03T16:03+0400
idmançı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453311172_198:0:2047:1040_1920x0_80_0_0_594ced4ba93a57847b9868597d0824d6.jpg
BAKI, 3 aprel — Sputnik. Azərbaycanlı sablyaçı Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmələr arasında dünya çempionatında tarixi nəticə əldə edib. Tarixdə ilk dəfə olaraq Azərbaycan idmançısı dünya çempionatının gümüş medalına sahib olub. Qrup mərhələsində Bolqarıstan, Koreya, İtaliya və Macarıstan təmsilçilərini məğlub edən Hüseynova yarımfinala yüksəlib. Finala gedən yolda o, amerikalı sablyaçı ilə dueldə inadkar mübarizədə 15:13 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Azərbaycan təmsilçisi macarıstanlı Emes Domonkosa 12:15 hesabı ilə məğlub olub. Zərifə Hüseynovanın uğurunu təsadüfi adlandırmaq olmaz. O, 2021-ci ildə Qahirədə (Misir) keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. İki il sonra Zərifə "bürünc"ü gümüş mükafatla əvəz edib, bu da irəliləyişin göz qabağında olması deməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453311172_429:0:1816:1040_1920x0_80_0_0_d4070c38f3298515f36bddcf0d3b5f69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
idmançı
Azərbaycanlı sablyaçı dünya çempionatında gümüş medal qazanıb
Zərifə Hüseynova belə nəticəyə nail olan respublikanın ilk təmsilçisi olub.
BAKI, 3 aprel — Sputnik. Azərbaycanlı sablyaçı Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmələr arasında dünya çempionatında tarixi nəticə əldə edib.
Tarixdə ilk dəfə olaraq Azərbaycan idmançısı dünya çempionatının gümüş medalına sahib olub. Qrup mərhələsində Bolqarıstan, Koreya, İtaliya və Macarıstan təmsilçilərini məğlub edən Hüseynova yarımfinala yüksəlib.
Finala gedən yolda o, amerikalı sablyaçı ilə dueldə inadkar mübarizədə 15:13 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Azərbaycan təmsilçisi macarıstanlı Emes Domonkosa 12:15 hesabı ilə məğlub olub.
Zərifə Hüseynovanın uğurunu təsadüfi adlandırmaq olmaz. O, 2021-ci ildə Qahirədə (Misir) keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
İki il sonra Zərifə "bürünc"ü gümüş mükafatla əvəz edib, bu da irəliləyişin göz qabağında olması deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.