https://sputnik.az/20230403/azerbaycanin-tesebbusu-ile-bmt-nin-nsan-huquqlari-surasinda-qetname-qebul-edilib-453350457.html
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib
Sputnik Azərbaycan
Qətnamənin irəli sürülməsində məqsəd “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T21:06+0400
2023-04-03T21:06+0400
2023-04-03T21:06+0400
siyasət
bmt
azərbaycan
insan haqları
qətnamə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_0:68:995:628_1920x0_80_0_0_3bca6df52f31faea9857a02cd710a4c9.jpg
BAKI, 3 aprel - Sputnik. Aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu barədə XİN məlumat yayıb.Bildirilib ki, sözügedən qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qətələrini təmsil edən ölkələr həm-müəllif qismində qoşulub:O da qeyd olunur ki, qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır."Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması və onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir. Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır", - deyə məlumatda bildirilir.Qeyd olunur ki, qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesabatın hazırlanması tapşırığı verilir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440297043_158:0:995:628_1920x0_80_0_0_e50f19ac833a401ce04710b6f67c3692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, azərbaycan, insan haqları, qətnamə
bmt, azərbaycan, insan haqları, qətnamə
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib
Qətnamənin irəli sürülməsində məqsəd “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
BAKI, 3 aprel - Sputnik. Aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, sözügedən qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qətələrini təmsil edən ölkələr həm-müəllif qismində qoşulub:
"Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir".
O da qeyd olunur ki, qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır.
"Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması və onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir. Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesabatın hazırlanması tapşırığı verilir:
"Qətnamənin yekdilliklə qəbul edilməsi və ona çoxsayda dövlətlərin həm-müəllif kimi qoşulması, “ASAN Xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.