https://sputnik.az/20230403/azerbaycan-ran-gerginliyi-muharibeye-ne-qeder-yaxindir---politoloq-serhi-453318497.html
Azərbaycan-İran gərginliyi müharibəyə nə qədər yaxındır? - politoloq şərhi
Azərbaycan-İran gərginliyi müharibəyə nə qədər yaxındır? - politoloq şərhi
Sputnik Azərbaycan
İlqar Vəlizadə bildirir ki, ritorika çox sərt ola bilər, amma praktikada bir qədər fərqli proseslər və hadisələr var. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T11:56+0400
2023-04-03T11:56+0400
2023-04-03T11:56+0400
təhlil
iran
azərbaycan
münaqişə
gərginlik
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995034_0:308:3072:2036_1920x0_80_0_0_a8a4d0e254b4e17ee5cf3b3e6a601112.jpg
BAKI, 3 aprel — Sputnik. "İndi yəqin ki, Azərbaycanla İran arasında mümkün müharibədən ancaq tənbəllər danışmır, yazmır". Bu fikirləri "Xazarski vestnik" teleqram kanalında politoloq İlqar Vəlizadə yazıb. "Uzun müddətdir ki, regional dinamikanı izləyən bir şəxs kimi deyim ki, mediada yayımlanan verilişlər, sərhəddə təhdid şüarları ilə çıxış edən uşaqlar, ponton keçidləri ilə hərbi nümayişlər, hətta hava məkanını pozduğunu iddia edən qırıcıların uçuşunda belə, yaxınlaşan müharibənin heç bir əlaməti yoxdur", - deyə İ.Vəlizadə bildirib. Onun qənaətinə görə, bu, təbii ki, proksi müharibənin getməməsi demək deyil:"Təbii ki, bu, qətiyyən hərbi ssenarinin istisna olunduğu anlamına gəlmir. Məlum "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" ifadəsi həmişə özünü doğruldub. Amma mediadakı məlumatlardan görünməmiş eskalasiya ilə bağlı birmənalı nəticə çıxarmaq olmaz", - deyə politoloq fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995034_341:0:3072:2048_1920x0_80_0_0_20f8fe65d5dc39a8722940f94f7b96a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, azərbaycan, münaqişə, gərginlik
iran, azərbaycan, münaqişə, gərginlik
Azərbaycan-İran gərginliyi müharibəyə nə qədər yaxındır? - politoloq şərhi
İlqar Vəlizadə bildirir ki, ritorika çox sərt ola bilər, amma praktikada bir qədər fərqli proseslər və hadisələr var.
BAKI, 3 aprel — Sputnik. "İndi yəqin ki, Azərbaycanla İran arasında mümkün müharibədən ancaq tənbəllər danışmır, yazmır". Bu fikirləri "Xazarski vestnik" teleqram kanalında politoloq İlqar Vəlizadə yazıb.
"Uzun müddətdir ki, regional dinamikanı izləyən bir şəxs kimi deyim ki, mediada yayımlanan verilişlər, sərhəddə təhdid şüarları ilə çıxış edən uşaqlar, ponton keçidləri ilə hərbi nümayişlər, hətta hava məkanını pozduğunu iddia edən qırıcıların uçuşunda belə, yaxınlaşan müharibənin heç bir əlaməti yoxdur", - deyə İ.Vəlizadə bildirib.
Onun qənaətinə görə, bu, təbii ki, proksi müharibənin getməməsi demək deyil:
"Bu, baş verir və biz bunu görürük. Ancaq "qaynar" müharibəyə hələ çox var. İran özünəməxsus ölkədir. Orta əsr şərq diplomatiya ənənələrinə malik dövlətin bir növ nümunəsidir. Ritorika çox sərt ola bilər, amma praktikada bir qədər fərqli proseslər və hadisələr var. İran-Səudiyyə münasibətləri bunun yaxşı nümunəsi ola bilər. Ötən ilin sonunda "The Wall Street Journal" İran-Səudiyyə münasibətlərini media nəşrləri, iranlı xadimlərin açıqlamaları, "məlumat sızması" əsasında təsvir edərək "İran Səudiyyə Ərəbistanına hücuma keçəcək" başlığı ilə məqalə dərc edib. Bir neçə ay sonra tərəflər münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər".
"Təbii ki, bu, qətiyyən hərbi ssenarinin istisna olunduğu anlamına gəlmir. Məlum "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" ifadəsi həmişə özünü doğruldub. Amma mediadakı məlumatlardan görünməmiş eskalasiya ilə bağlı birmənalı nəticə çıxarmaq olmaz", - deyə politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.