https://sputnik.az/20230403/astrofizikler-gunesdeki-partlayislar-demir-yolu-qezalarina-sebeb-ola-biler-453320988.html
Astrofiziklər: günəşdəki partlayışlar dəmir yolu qəzalarına səbəb ola bilər
Astrofiziklər: günəşdəki partlayışlar dəmir yolu qəzalarına səbəb ola bilər
Sputnik Azərbaycan
Alimlər bildiri ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T23:21+0400
2023-04-03T23:21+0400
2023-04-03T23:21+0400
günəş
dünya xəbərləri
partlayış
abş
yer
https://cdnn1.img.sputnik.az/img/42251/95/422519564_0:0:2001:1125_1920x0_80_0_0_0b508f2abe42818a455658f57ee275bc.jpg
BAKI, 3 aprel — Sputnik. ABŞ Geofizika İttifaqının alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir. Bu barədə "Space Weather" məlumat yayıb. 1982-ci ilin iyulunda İsveçdə qatarların siqnallarında qüsur yarandı - onlar yaşıl rəngdə olmalı olduğu halda qırmızı rəngə çevrildilər. Buna səbəb 150 milyon kilometr məsafədə - Günəşdə başlayan kosmik fırtına idi.İş ondadır ki, ulduzdakı partlayışlar Yerin maqnit sahəsini dəyişdirə və üzərinə günəş maddəsi düşdükdə geomaqnit fırtına yarada bilər. Bu isə, Yer səthində elektrik cərəyanları yaranmasına səbəb olaraq boru kəmərlərinə, dəmir yollarına, elektrik xətlərinə daha çox şeylərə zərər verə bilər. Alimlər Böyük Britaniyada iki dəmir yolunun işini pozmaq üçün hansı gücdə geomaqnit fırtınasının lazım olduğunu və bunun nə qədər tez-tez baş verə biləcəyini yoxlamaq üçün bir model hazırlayıblar. Onlar müəyyən ediblər ki, günəşdəki kifayət qədər tez-tez müşahidə olunan partlayışlar, təxminən 30 ildə bir dəfə baş verir. Hər 100 ildən bir baş verməsi gözlənilən daha güclü tufanlar isə, demək olar ki, bütün siqnalları poza bilər. Bu nəticələr alimlərə və tənzimləyicilərə qatarların geomaqnit fırtınalarına nə dərəcədə həssas olduğunu qiymətləndirməyə və qatar operatorlarını xəbərdar etməyə kömək edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/95/422519564_0:0:1773:1330_1920x0_80_0_0_111345f08b0c88e147e65328e59d14b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
günəş, partlayış, abş, yer
günəş, partlayış, abş, yer
Astrofiziklər: günəşdəki partlayışlar dəmir yolu qəzalarına səbəb ola bilər
Alimlər bildiri ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir.
BAKI, 3 aprel — Sputnik. ABŞ Geofizika İttifaqının alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir. Bu barədə "Space Weather" məlumat yayıb.
1982-ci ilin iyulunda İsveçdə qatarların siqnallarında qüsur yarandı - onlar yaşıl rəngdə olmalı olduğu halda qırmızı rəngə çevrildilər. Buna səbəb 150 milyon kilometr məsafədə - Günəşdə başlayan kosmik fırtına idi.
İş ondadır ki, ulduzdakı partlayışlar Yerin maqnit sahəsini dəyişdirə və üzərinə günəş maddəsi düşdükdə geomaqnit fırtına yarada bilər. Bu isə, Yer səthində elektrik cərəyanları yaranmasına səbəb olaraq boru kəmərlərinə, dəmir yollarına, elektrik xətlərinə daha çox şeylərə zərər verə bilər.
Alimlər Böyük Britaniyada iki dəmir yolunun işini pozmaq üçün hansı gücdə geomaqnit fırtınasının lazım olduğunu və bunun nə qədər tez-tez baş verə biləcəyini yoxlamaq üçün bir model hazırlayıblar.
Onlar müəyyən ediblər ki, günəşdəki kifayət qədər tez-tez müşahidə olunan partlayışlar, təxminən 30 ildə bir dəfə baş verir. Hər 100 ildən bir baş verməsi gözlənilən daha güclü tufanlar isə, demək olar ki, bütün siqnalları poza bilər.
Bu nəticələr alimlərə və tənzimləyicilərə qatarların geomaqnit fırtınalarına nə dərəcədə həssas olduğunu qiymətləndirməyə və qatar operatorlarını xəbərdar etməyə kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.