https://sputnik.az/20230403/aprel-sehidlerinin-xatiresi-yad-edilib-453324127.html
Aprel şəhidlərinin xatirəsi yad edilib
Aprel şəhidlərinin xatirəsi yad edilib
Sputnik Azərbaycan
Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T13:14+0400
2023-04-03T13:14+0400
2023-04-03T13:14+0400
hərbi
aprel döyüşləri
şəhid
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453322392_0:52:1000:615_1920x0_80_0_0_17c24403cce9d92383c7576326ff5e3a.jpg
BAKI, 3 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib. Hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib. Mərasimlərdə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərindəki strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Daha sonra hərbi qulluqçular Aprel şəhidlərinin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453322392_56:0:944:666_1920x0_80_0_0_b5e77c29068fa2704c433c2fca172a89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aprel döyüşləri, şəhid, müdafiə nazirliyi
aprel döyüşləri, şəhid, müdafiə nazirliyi
Aprel şəhidlərinin xatirəsi yad edilib
Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib.
BAKI, 3 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib.
Hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.
Mərasimlərdə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Qeyd olunub ki, 2016-cı ilin aprel ayının ilk günlərində ermənilərin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərindəki strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.
Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb.
Daha sonra hərbi qulluqçular Aprel şəhidlərinin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.