https://sputnik.az/20230403/abs-xestexanalarinda-suretle-yayilan-gobelek-muasir-dermanlar-onu-mehv-etmeye-qadir-deyil-453307537.html
ABŞ xəstəxanalarında sürətlə yayılan göbələk: müasir dərmanlar onu məhv etməyə qadir deyil
ABŞ xəstəxanalarında sürətlə yayılan göbələk: müasir dərmanlar onu məhv etməyə qadir deyil
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin oktyabrında dərc edilən göbələklər üzrə “prioritet patogenlər”in ilk siyahısında ictimai sağlamlıq üçün təhlükə yaradan... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T10:00+0400
2023-04-03T10:00+0400
2023-04-03T10:11+0400
səhiyyə
göbələk
candida albicans
https://cdnn1.img.sputnik.az/img/42335/63/423356370_0:160:3075:1889_1920x0_80_0_0_4b9ceef7dfa1bbddcce5c993c9eed37e.jpg
BAKI, 3 aprel - Sputnik. Təxminən 15 il əvvəl kəşf edilmiş dərmana davamlı Candida auris göbələyi hazırda dünyanın ən qorxulu xəstəxana mikroblarından biridir və onun inkişafında qlobal istiləşmənin də rol oynaya biləcəyinə dair araşdırmalar var.Bu maya göbələyi bədənə daxil olduqdan sonra qan dövranı, sinir sistemi və bir çox daxili orqanlara təsir göstərə bilər.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ondan təsirlənən xəstələrdə ölüm nisbətinin 30-53 faiz arasında olduğunu təxmin edir.Ən narahatverici məqamsa odur ki, Candida auris ən çox istifadə edilən funqisidlərə davamlıdır.BBC-nin Səhiyyə üzrə müxbiri James Gallagher deyir ki, göbələklərin bəzi növləri bütün məlum dərmanlara davamlıdır.ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, göbələk indiyədək 30-dan çox ölkədə tapılıb.2020-ci ildə bu ölkələrin məlumatları ilə hazırlanmış hesabata görə, 2009-2019-cu illər arasında dünyada 4750 hadisə qeydə alınıb.Amerikalı səhiyyə rəsmiləri bildirirlər ki, göbələk 2020 və 2021-ci illər ərzində ABŞ-ın səhiyyə müəssisələrində narahatedici sürətlə yayılır.ABŞ-da 2019-cu ildə müəyyən edilmiş yoluxmaların sayı 476 olduğu halda, 2021-ci ildə 1471-ə yüksəlib, yəni üç il ərzində üç dəfə artıb.Daha bir maraqlı məqam 2019-cu ildə beynəlxalq tədqiqat qrupu tərəfindən gündəmə gətirildi. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Candida auris-in artması iqlim dəyişikliyi ilə bağlı ola bilər.Candida auris hansı göbələkdir?Candida auris əslində insanlar üçün gündəlik həyatda çox faydalı olan göbələklər ailəsinin üzvüdür. Bu göbələk növünə çörək və ya pivə hazırlamaqda istifadə etdiyimiz maya növləri ilə yanaşı, insanları xəstələndirə bilən növləri də var.Buna misal olaraq çox yayılmış bir göbələk olan Candida albicansdır. Bu, sadə bir qaşınmaya səbəb olduğu kimi, daha ciddi infeksiyalara da səbəb ola bilər.Candida auris ilk dəfə 2009-cu ildə Tokio Metropolitan Geriatriya Xəstəxanasında bir xəstənin qulaq kanalında tapılmışdır, Latıncada auris qulaq demək olduğu üçün, Candida auris adı da ordan gəlir.Mayalar çox vaxt dərimizdə yaşayır və problem yaratmır. Ancaq başqa bir səbəbdən zəiflədikdə və ya qan dövranı və ya ağciyər kimi olmamaları lazım olan yerə sızdıqda, infeksiyaya səbəb ola bilərlər.Hansı xəstəliyə səbəb olur?Candida auris ən çox qan-damar sistemi infeksiyasına səbəb olur, lakin tənəffüs sistemi, mərkəzi sinir sistemi, daxili orqanlar və dəriyə də təsir edə bilər. Bu infeksiyalar adətən çox ciddi olur.Bu göbələyi müalicə etmək də çətindir, çünki tez-tez istifadə olunan funqisidlərə davamlıdır.İngiltərənin Plimut Universitetində molekulyar biologiya üzrə dosent Tina Joshi "bu göbələklə bağlı ən böyük problem onun əlimizdə olan dərmanlara davamlı olmasıdır. Amma başqa bir çətinlik də odur ki, Candida auris infeksiyasına diaqnoz qoymaq çox çətindir. O, digər göbələklərlə asanlıqla qarışdırıla bilər, ona görə də pis müalicə olma ehtimalı yüksəkdir" deyir.Bu, o deməkdir ki, xəstə daha uzun müddət narahat olur və ya düzgün müalicə ala bilməyincə pisləşir.Necə yayılır?Bu göbələk əsasən xəstəxanalarda çirklənmiş yerlərdən ötürülür. O, xəstəxanada xəstənin təmas edə biləcəyi müxtəlif cihazlara yapışa bilir.London Universitetinin Tropik Xəstəliklər Xəstəxanasının göbələklər üzrə aparıcı mütəxəssislərindən biri olan həkim Neil Stone diqqəti ona çəkir ki, bu göbələyə yoluxduqdan sonra onu təmizləmək çox çətin olur. Onun üçün ümumiyyətlə xəstəxana palatası bir müddət bağlanmalı olur."Bu, ən narahatedici göbələkdir və onu görməzdən gəlmək çox təhlükəlidir. O, bütün sağlamlıq sistemini şikəst edə bilər", - Dr Stone deyir.Martın 20-də verdiyi açıqlamada ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzləri göbələyin ölkədə "həyəcan verici sürətlə yayıldığını" bildirib.İnfeksiyadan narahat olmalıyam?ABŞ ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin verdiyi məlumata görə, gündəlik həyatda Candida aurisin ötürülməsi riski çox deyil.Ancaq uzun müddət xəstəxanada və ya qocalar evində və ya reanimasiyada qalsanız Candida auris infeksiyasına tutulma ehtimalınız daha yüksəkdir.Əgər siz tez-tez antibiotik istifadə etmiş birisinizsə, bu, Candida auris infeksiyasına yoluxma riskinizi artırır, çünki antibiotiklər bədəninizdə bu göbələklə mübarizə apara biləcək faydalı bakteriyaları da öldürür.Niyə funqisidlərə davamlıdır?Candida auris variantları flokonazol kimi ən çox istifadə edilən funqisidlərə davamlıdır.Başqa sözlə, bu dərmanlar göbələklərə qarşı təsirli deyil və buna görə də infeksiyaların müalicəsində daha az istifadə olunan funqisidlərdən istifadə olunur. Lakin auris onlara qarşı da müqavimət göstərməyə başladı.DNT analizi göstərdi ki, Candida aurisin dərman müqaviməti genləri daha çox yayılmış Candida albicans-ın genlərinə bənzəyir.Bu, göbələklərdəki dərmanlara qarşı müqavimət genlərinin bir növdən digərinə keçə biləcəyini göstərir.İqlim dəyişikliyinin infeksiyaların artması ilə nə əlaqəsi ola bilər?Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən 2019-cu ildə aparılan və mBio jurnalında dərc edilən araşdırmada Candida auris infeksiyalarının artmasının səbəbinin bu növün iqlim dəyişikliyi səbəbiylə daha yüksək temperaturda yaşamağa məcbur olması ola biləcəyi qeyd edilir.Əksər göbələklər torpaqda tapa bildikləri daha soyuq temperatura üstünlük verirlər. Lakin qlobal temperatur yüksəldikcə Candida auris daha yüksək temperatura uyğunlaşmalı oldu.Bu, insan orqanizmində 37 dərəcə istilikdə olan göbələklərin yaşamasını və inkişafını asanlaşdıra bilər.İnfeksiyalara nəzarət etmək üçün nə etmək lazımdır?Hər şeydən əvvəl, Candida auris infeksiyasına qarşı ən çox kimin risk qrupunda olduğunu anlamaq lazımdır.Lakin İngiltərədəki Plymouth Universitetinin Molekulyar Biologiya kafedrasının dosenti, dr. Tina Joshi-nin sözlərinə görə, ən vacib şey infeksiyanın ötürülməsinin qarşısını almaq üçün tədbir görməkdir:"Ən vacib addım infeksiyanın qarşısını almaq və ona nəzarət etməkdir, çünki yoluxmuş xəstələri müalicə etməyin nə qədər çətin olduğunu gördük. Xəstəxanalar dezinfeksiya və təmizlik standartlarını maksimum dərəcədə artırmalıdır".Yeganə qorxulu göbələk Candida aurisdir?Xeyr! Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin oktyabrında dərc edilən göbələklər üzrə “prioritet patogenlər”in ilk siyahısında ictimai sağlamlıq üçün təhlükə yaradan azı 19 göbələyi qeyd edib.Candida auris eyni zamanda "həyati prioritet" kateqoriyasındakı dörd göbələkdən biri idi və ÜST tərəfindən "istifadə edilən funqisidlərin əksəriyyətinə davamlı" kimi təsvir edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42335/63/423356370_171:0:2902:2048_1920x0_80_0_0_f18aaf14ba36710fcb2684264faf0b50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göbələk, candida albicans
göbələk, candida albicans
ABŞ xəstəxanalarında sürətlə yayılan göbələk: müasir dərmanlar onu məhv etməyə qadir deyil
10:00 03.04.2023 (Yenilənib: 10:11 03.04.2023) Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin oktyabrında dərc edilən göbələklər üzrə “prioritet patogenlər”in ilk siyahısında ictimai sağlamlıq üçün təhlükə yaradan azı 19 göbələyi qeyd edib.
BAKI, 3 aprel - Sputnik. Təxminən 15 il əvvəl kəşf edilmiş dərmana davamlı Candida auris göbələyi hazırda dünyanın ən qorxulu xəstəxana mikroblarından biridir və onun inkişafında qlobal istiləşmənin də rol oynaya biləcəyinə dair araşdırmalar var.
Bu maya göbələyi bədənə daxil olduqdan sonra qan dövranı, sinir sistemi və bir çox daxili orqanlara təsir göstərə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ondan təsirlənən xəstələrdə ölüm nisbətinin 30-53 faiz arasında olduğunu təxmin edir.
Ən narahatverici məqamsa odur ki, Candida auris ən çox istifadə edilən funqisidlərə davamlıdır.
BBC-nin Səhiyyə üzrə müxbiri James Gallagher deyir ki, göbələklərin bəzi növləri bütün məlum dərmanlara davamlıdır.
ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, göbələk indiyədək 30-dan çox ölkədə tapılıb.
2020-ci ildə bu ölkələrin məlumatları ilə hazırlanmış hesabata görə, 2009-2019-cu illər arasında dünyada 4750 hadisə qeydə alınıb.
Amerikalı səhiyyə rəsmiləri bildirirlər ki, göbələk 2020 və 2021-ci illər ərzində ABŞ-ın səhiyyə müəssisələrində narahatedici sürətlə yayılır.
ABŞ-da 2019-cu ildə müəyyən edilmiş yoluxmaların sayı 476 olduğu halda, 2021-ci ildə 1471-ə yüksəlib, yəni üç il ərzində üç dəfə artıb.
Daha bir maraqlı məqam 2019-cu ildə beynəlxalq tədqiqat qrupu tərəfindən gündəmə gətirildi. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Candida auris-in artması iqlim dəyişikliyi ilə bağlı ola bilər.
Candida auris hansı göbələkdir?
Candida auris əslində insanlar üçün gündəlik həyatda çox faydalı olan göbələklər ailəsinin üzvüdür. Bu göbələk növünə çörək və ya pivə hazırlamaqda istifadə etdiyimiz maya növləri ilə yanaşı, insanları xəstələndirə bilən növləri də var.
Buna misal olaraq çox yayılmış bir göbələk olan Candida albicansdır. Bu, sadə bir qaşınmaya səbəb olduğu kimi, daha ciddi infeksiyalara da səbəb ola bilər.
Candida auris ilk dəfə 2009-cu ildə Tokio Metropolitan Geriatriya Xəstəxanasında bir xəstənin qulaq kanalında tapılmışdır, Latıncada auris qulaq demək olduğu üçün, Candida auris adı da ordan gəlir.
Mayalar çox vaxt dərimizdə yaşayır və problem yaratmır. Ancaq başqa bir səbəbdən zəiflədikdə və ya qan dövranı və ya ağciyər kimi olmamaları lazım olan yerə sızdıqda, infeksiyaya səbəb ola bilərlər.
Hansı xəstəliyə səbəb olur?
Candida auris ən çox qan-damar sistemi infeksiyasına səbəb olur, lakin tənəffüs sistemi, mərkəzi sinir sistemi, daxili orqanlar və dəriyə də təsir edə bilər. Bu infeksiyalar adətən çox ciddi olur.
Bu göbələyi müalicə etmək də çətindir, çünki tez-tez istifadə olunan funqisidlərə davamlıdır.
İngiltərənin Plimut Universitetində molekulyar biologiya üzrə dosent Tina Joshi "bu göbələklə bağlı ən böyük problem onun əlimizdə olan dərmanlara davamlı olmasıdır. Amma başqa bir çətinlik də odur ki, Candida auris infeksiyasına diaqnoz qoymaq çox çətindir. O, digər göbələklərlə asanlıqla qarışdırıla bilər, ona görə də pis müalicə olma ehtimalı yüksəkdir" deyir.
Bu, o deməkdir ki, xəstə daha uzun müddət narahat olur və ya düzgün müalicə ala bilməyincə pisləşir.
Bu göbələk əsasən xəstəxanalarda çirklənmiş yerlərdən ötürülür. O, xəstəxanada xəstənin təmas edə biləcəyi müxtəlif cihazlara yapışa bilir.
London Universitetinin Tropik Xəstəliklər Xəstəxanasının göbələklər üzrə aparıcı mütəxəssislərindən biri olan həkim Neil Stone diqqəti ona çəkir ki, bu göbələyə yoluxduqdan sonra onu təmizləmək çox çətin olur. Onun üçün ümumiyyətlə xəstəxana palatası bir müddət bağlanmalı olur.
"Bu, ən narahatedici göbələkdir və onu görməzdən gəlmək çox təhlükəlidir. O, bütün sağlamlıq sistemini şikəst edə bilər", - Dr Stone deyir.
Martın 20-də verdiyi açıqlamada ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzləri göbələyin ölkədə "həyəcan verici sürətlə yayıldığını" bildirib.
İnfeksiyadan narahat olmalıyam?
ABŞ ABŞ-ın Epidemiyaya Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin verdiyi məlumata görə, gündəlik həyatda Candida aurisin ötürülməsi riski çox deyil.
Ancaq uzun müddət xəstəxanada və ya qocalar evində və ya reanimasiyada qalsanız Candida auris infeksiyasına tutulma ehtimalınız daha yüksəkdir.
Əgər siz tez-tez antibiotik istifadə etmiş birisinizsə, bu, Candida auris infeksiyasına yoluxma riskinizi artırır, çünki antibiotiklər bədəninizdə bu göbələklə mübarizə apara biləcək faydalı bakteriyaları da öldürür.
Niyə funqisidlərə davamlıdır?
Candida auris variantları flokonazol kimi ən çox istifadə edilən funqisidlərə davamlıdır.
Başqa sözlə, bu dərmanlar göbələklərə qarşı təsirli deyil və buna görə də infeksiyaların müalicəsində daha az istifadə olunan funqisidlərdən istifadə olunur. Lakin auris onlara qarşı da müqavimət göstərməyə başladı.
DNT analizi göstərdi ki, Candida aurisin dərman müqaviməti genləri daha çox yayılmış Candida albicans-ın genlərinə bənzəyir.
Bu, göbələklərdəki dərmanlara qarşı müqavimət genlərinin bir növdən digərinə keçə biləcəyini göstərir.
İqlim dəyişikliyinin infeksiyaların artması ilə nə əlaqəsi ola bilər?
Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən 2019-cu ildə aparılan və mBio jurnalında dərc edilən araşdırmada Candida auris infeksiyalarının artmasının səbəbinin bu növün iqlim dəyişikliyi səbəbiylə daha yüksək temperaturda yaşamağa məcbur olması ola biləcəyi qeyd edilir.
Əksər göbələklər torpaqda tapa bildikləri daha soyuq temperatura üstünlük verirlər. Lakin qlobal temperatur yüksəldikcə Candida auris daha yüksək temperatura uyğunlaşmalı oldu.
Bu, insan orqanizmində 37 dərəcə istilikdə olan göbələklərin yaşamasını və inkişafını asanlaşdıra bilər.
İnfeksiyalara nəzarət etmək üçün nə etmək lazımdır?
Hər şeydən əvvəl, Candida auris infeksiyasına qarşı ən çox kimin risk qrupunda olduğunu anlamaq lazımdır.
Lakin İngiltərədəki Plymouth Universitetinin Molekulyar Biologiya kafedrasının dosenti, dr. Tina Joshi-nin sözlərinə görə, ən vacib şey infeksiyanın ötürülməsinin qarşısını almaq üçün tədbir görməkdir:
"Ən vacib addım infeksiyanın qarşısını almaq və ona nəzarət etməkdir, çünki yoluxmuş xəstələri müalicə etməyin nə qədər çətin olduğunu gördük. Xəstəxanalar dezinfeksiya və təmizlik standartlarını maksimum dərəcədə artırmalıdır".
Yeganə qorxulu göbələk Candida aurisdir?
Xeyr! Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin oktyabrında dərc edilən göbələklər üzrə “prioritet patogenlər”in ilk siyahısında ictimai sağlamlıq üçün təhlükə yaradan azı 19 göbələyi qeyd edib.
Candida auris eyni zamanda "həyati prioritet" kateqoriyasındakı dörd göbələkdən biri idi və ÜST tərəfindən "istifadə edilən funqisidlərin əksəriyyətinə davamlı" kimi təsvir edilib.