https://sputnik.az/20230403/abs-da-otuzdan-cox-insan-tornadolarin-qurbani-olub-453320501.html
ABŞ-da otuzdan çox insan tornadoların qurbanı olub
ABŞ-da otuzdan çox insan tornadoların qurbanı olub
Sputnik Azərbaycan
Təkcə Tennessi ştatında on beş nəfərin həlak olduğu bildirilir. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T12:51+0400
2023-04-03T12:51+0400
2023-04-03T12:51+0400
tornado
dünya xəbərləri
abş
həlak olan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443589923_0:168:3343:2048_1920x0_80_0_0_8f252fc59096d4a941a8337eabd85ccb.jpg
BAKI, 3 aprel — Sputnik. ABŞ-ın bir sıra ştatlarında baş verən tornadolar 30-dan çox insanın həyatına son qoyub, onlarla insan xəsarət alıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Bir müddət əvvəl 26 nəfərin həlak olduğu bildirilirdi.Məlumatlara görə, tornado nəticəsində ölənlər Arkanzas, Alabama, İllinoys, İndiana, Delaver, həmçinin Missisipi və Tennessi ştatlarında olub. Eyni zamanda təkcə Tennessi ştatında 15 nəfər həyatını itirib. Bildirilir ki, Arkanzas ştatında 5 nəfər tornadonun qurbanı olub. Xatırladaq ki, bu ştatın qubernatoru Sara Hakabi Sanders fövqəladə vəziyyət elan edərək, hakimiyyətin bu bölgənin bərpası üçün heç bir vəsaiti əsirgəməyəcəyini bildirib."KP.RU" saytı yazıb ki, nəticələrə qarşı mübarizəyə Milli Qvardiya da qoşulub. Eyni zamanda, Litl-Rokda 70 minə yaxın evin işıqsız qaldığı da bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443589923_0:0:2731:2048_1920x0_80_0_0_36afd9e4d887657075670e811213efcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tornado, abş, həlak olan
ABŞ-da otuzdan çox insan tornadoların qurbanı olub
Təkcə Tennessi ştatında on beş nəfərin həlak olduğu bildirilir.
BAKI, 3 aprel — Sputnik. ABŞ-ın bir sıra ştatlarında baş verən tornadolar 30-dan çox insanın həyatına son qoyub, onlarla insan xəsarət alıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Bir müddət əvvəl 26 nəfərin həlak olduğu bildirilirdi.
Məlumatlara görə, tornado nəticəsində ölənlər Arkanzas, Alabama, İllinoys, İndiana, Delaver, həmçinin Missisipi və Tennessi ştatlarında olub. Eyni zamanda təkcə Tennessi ştatında 15 nəfər həyatını itirib.
Bildirilir ki, Arkanzas ştatında 5 nəfər tornadonun qurbanı olub. Xatırladaq ki, bu ştatın qubernatoru Sara Hakabi Sanders fövqəladə vəziyyət elan edərək, hakimiyyətin bu bölgənin bərpası üçün heç bir vəsaiti əsirgəməyəcəyini bildirib.
"KP.RU" saytı yazıb ki, nəticələrə qarşı mübarizəyə Milli Qvardiya da qoşulub. Eyni zamanda, Litl-Rokda 70 minə yaxın evin işıqsız qaldığı da bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.