https://sputnik.az/20230402/spaniyada-nato-ya-qarsi-etiraz-aksiyalari-kecirilib-453296200.html
İspaniyada NATO-ya qarşı etiraz aksiyaları keçirilib
İspaniyada NATO-ya qarşı etiraz aksiyaları keçirilib
Sputnik Azərbaycan
Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər. 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T14:09+0400
2023-04-02T14:09+0400
2023-04-02T14:09+0400
ispaniya
dünya xəbərləri
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438440708_0:311:3072:2039_1920x0_80_0_0_c7c582c0899cddb210d77eb08f7d6702.jpg
BAKI, 2 aprel — Sputnik. İspaniyada Pamplona və Vitoriya-Qasteys şəhərlərində NATO-ya qarşı etiraz aksiyaları keçirilib. Bu barədə “TASS”a nümayişlərin təşkilatçıları məlumat verib. Agentliyin məlumatına görə, insident olmadan başa çatan mitinqlərə yüzlərlə iştirakçı qoşulub. Nəşr qeyd edib ki, yürüşlər "NATO-ya qarşı, müharibəni və kapitalist barbarlığı dayandıraq" şüarı altında keçirilib. Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər. Etirazçılar “NATO və onun ərazisinin genişlənməsinə”, “iqtisadi müharibəyə” və Kiyevə silah göndərilməsinə qarşı çıxıblar. Qeyd edək ki, 2023-cü il martın 18-də Vaşinqtonda ABŞ-ın Kiyevə hərbi və maliyyə yardımı göstərməsinə qarşı mitinq keçirilib. Etirazçıların tələbləri arasında NATO-nun ləğvi, sanksiya siyasətindən və ABŞ-ın militarist siyasətindən imtina da var. Elə həmin ərəfədə Parisdə “Sülh marşı” adlı üçüncü aksiya baş tutub. Xatırladaq ki, bu ilin fevralında Fransa paytaxtında iki analoji mitinq keçirilib. Bir neçə min etirazçı Senatın toplaşdığı Lüksemburq sarayından etiraz yürüşünə başlayıb və “Makron, biz sənin müharibəni istəmirik!”, “NATO-dan tez çıxaq” şüarları səsləndiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438440708_210:0:2941:2048_1920x0_80_0_0_0bbb8a896418f6ac5b470fa6457bbcf7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ispaniya, nato
İspaniyada NATO-ya qarşı etiraz aksiyaları keçirilib
Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər.
BAKI, 2 aprel — Sputnik. İspaniyada Pamplona və Vitoriya-Qasteys şəhərlərində NATO-ya qarşı etiraz aksiyaları keçirilib.
Bu barədə “TASS”a nümayişlərin təşkilatçıları məlumat verib.
Agentliyin məlumatına görə, insident olmadan başa çatan mitinqlərə yüzlərlə iştirakçı qoşulub.
Nəşr qeyd edib ki, yürüşlər "NATO-ya qarşı, müharibəni və kapitalist barbarlığı dayandıraq" şüarı altında keçirilib.
Aksiyaların təşkilatçıları Ukraynadakı münaqişəni “NATO-nun Ukrayna ərazisində artan mövcudluğuna” cavab kimi izah ediblər.
Etirazçılar “NATO və onun ərazisinin genişlənməsinə”, “iqtisadi müharibəyə” və Kiyevə silah göndərilməsinə qarşı çıxıblar.
Qeyd edək ki, 2023-cü il martın 18-də Vaşinqtonda ABŞ-ın Kiyevə hərbi və maliyyə yardımı göstərməsinə qarşı mitinq keçirilib. Etirazçıların tələbləri arasında NATO-nun ləğvi, sanksiya siyasətindən və ABŞ-ın militarist siyasətindən imtina da var.
Elə həmin ərəfədə Parisdə “Sülh marşı” adlı üçüncü aksiya baş tutub. Xatırladaq ki, bu ilin fevralında Fransa paytaxtında iki analoji mitinq keçirilib.
Bir neçə min etirazçı Senatın toplaşdığı Lüksemburq sarayından etiraz yürüşünə başlayıb və “Makron, biz sənin müharibəni istəmirik!”, “NATO-dan tez çıxaq” şüarları səsləndiriblər.