https://sputnik.az/20230402/rusiyali-jurnalistler-kiyevin-olum-tehdidleri-ile-uzlesir-beynelxalq-strukturlarsa-susur-453308729.html
Rusiyalı jurnalistlər Kiyevin ölüm təhdidləri ilə üzləşir, beynəlxalq strukturlarsa susur
Rusiyalı jurnalistlər Kiyevin ölüm təhdidləri ilə üzləşir, beynəlxalq strukturlarsa susur
Sputnik Azərbaycan
Rusiya XİN bəyan edib ki, Vladlen Tatarskinin peşəkar fəaliyyəti, Vətənə xidməti Kiyev rejimində nifrətə səbəb olub. 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T23:24+0400
2023-04-02T23:24+0400
2023-04-03T10:15+0400
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
kiyev
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170997_0:0:3072:1728_1920x0_80_0_0_2690401443c6e56aa0c65940c946eaa8.jpg
BAKI, 2 aprel - Sputnik. Rusiyalı jurnalistlər müvafiq beynəlxalq strukturların susquncasına məhəl qoymaması sayəsində Kiyev tərəfindən ölüm təhdidlərinə məruz qalırlar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı hərbi bloger Vladlen Tatarskinin ölümü ilə bağlı şərhində belə deyib. "Rusiya jurnalistləri daim Kiyev rejimi və onun ruhlandırıcıları tərəfindən getdikcə daha çox həyata keçirilən repressiya hədələri ilə üzləşirlər. Onlar təqiblərə məruz qalır, Amerika internet inhisarlarının rəqəmsal platformalarında hərfi mənada xüsusi işarələrlə damğalanır və Qərb mediasında “ifrit ovu”nu təşkil edirlər!, - Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərinhdə deyilir. Bazar günü Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib, nəticədə müharibə müxbiri Vladlen Tatarski (əsl adı - Maksim Fomin) həlak olub. Şəhər qubernatorunun sözlərinə görə, partlayış nəticəsində 25 nəfər xəsarət alıb. Səlahiyyətli şəxslər hazırda zərərçəkənlərə bütün lazımi yardımları göstərirlər.Rusiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, biri yeniyetmə olmaqla 24 nəfər xəstəxanalara çatdırılıb, altısının vəziyyəti ağır qiymətləndirilir. RİA Novosti-nin mənbəsi bildirib ki, partlayıcı qurğu, ehtimal ki, kafedəki ziyafətə gələnlərdən biri tərəfindən gətirilib. Tatarskiyə qutuda heykəlcik hədiyyə edilib. Hədiyyə jurnalistin əlində partlayıb. Hadisə ilə bağlı, "Ümumi təhlükəli üsulla adam öldürmə" maddəsi ilə iş başlanıb. Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qərb dövlətləri Kiyevin iştirakı ilə rusiyalı jurnalistlərin zorakılıqla öldürülməsi ilə bağlı heç bir araşdırma aparmayıb. “Kiyevin reaksiyası təəccüblüdür, burada Qərb qrantlarını alanlar baş verənlərə görə açıq-aşkar sevinc nümayiş etdirirlər”, - nazirlik əlavə edib. XİN Vladlen Tatarskinin peşəkar fəaliyyətinin, Vətənə xidmətinin Kiyev rejimində nifrət doğurduğunu qeyd edib. "O, onlar üçün təhlükəli idi, lakin cəsarətlə sona qədər getdi, vəzifə borcunu yerinə yetirdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - nazirlik yekunlaşdırıb.
https://sputnik.az/20230402/sankt-peterburqun-merkezinde-partlayis-bas-verib-olen-ve-yaralananlar-var-453305308.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170997_254:0:2985:2048_1920x0_80_0_0_285c307add8b2316df40c6457fae3bd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kiyev, ukrayna
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kiyev, ukrayna
Rusiyalı jurnalistlər Kiyevin ölüm təhdidləri ilə üzləşir, beynəlxalq strukturlarsa susur
23:24 02.04.2023 (Yenilənib: 10:15 03.04.2023) Rusiya XİN bəyan edib ki, Vladlen Tatarskinin peşəkar fəaliyyəti, Vətənə xidməti Kiyev rejimində nifrətə səbəb olub.
BAKI, 2 aprel - Sputnik. Rusiyalı jurnalistlər müvafiq beynəlxalq strukturların susquncasına məhəl qoymaması sayəsində Kiyev tərəfindən ölüm təhdidlərinə məruz qalırlar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı hərbi bloger Vladlen Tatarskinin ölümü ilə bağlı şərhində belə deyib.
"Rusiya jurnalistləri daim Kiyev rejimi və onun ruhlandırıcıları tərəfindən getdikcə daha çox həyata keçirilən repressiya hədələri ilə üzləşirlər. Onlar təqiblərə məruz qalır, Amerika internet inhisarlarının rəqəmsal platformalarında hərfi mənada xüsusi işarələrlə damğalanır və Qərb mediasında “ifrit ovu”nu təşkil edirlər!, - Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərinhdə deyilir.
Bazar günü Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib, nəticədə müharibə müxbiri Vladlen Tatarski (əsl adı - Maksim Fomin) həlak olub. Şəhər qubernatorunun sözlərinə görə, partlayış nəticəsində 25 nəfər xəsarət alıb. Səlahiyyətli şəxslər hazırda zərərçəkənlərə bütün lazımi yardımları göstərirlər.
Rusiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, biri yeniyetmə olmaqla 24 nəfər xəstəxanalara çatdırılıb, altısının vəziyyəti ağır qiymətləndirilir.
RİA Novosti-nin mənbəsi bildirib ki, partlayıcı qurğu, ehtimal ki, kafedəki ziyafətə gələnlərdən biri tərəfindən gətirilib. Tatarskiyə qutuda heykəlcik hədiyyə edilib. Hədiyyə jurnalistin əlində partlayıb.
Hadisə ilə bağlı, "Ümumi təhlükəli üsulla adam öldürmə" maddəsi ilə iş başlanıb.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qərb dövlətləri Kiyevin iştirakı ilə rusiyalı jurnalistlərin zorakılıqla öldürülməsi ilə bağlı heç bir araşdırma aparmayıb.
“Kiyevin reaksiyası təəccüblüdür, burada Qərb qrantlarını alanlar baş verənlərə görə açıq-aşkar sevinc nümayiş etdirirlər”, - nazirlik əlavə edib.
XİN Vladlen Tatarskinin peşəkar fəaliyyətinin, Vətənə xidmətinin Kiyev rejimində nifrət doğurduğunu qeyd edib.
"O, onlar üçün təhlükəli idi, lakin cəsarətlə sona qədər getdi, vəzifə borcunu yerinə yetirdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - nazirlik yekunlaşdırıb.