https://sputnik.az/20230402/sankt-peterburqun-merkezinde-partlayis-bas-verib-olen-ve-yaralananlar-var-453305308.html
Sankt-Peterburqda hərbi jurnalistin ölümü ilə nəticələnən partlayışın təfərrüatları
Sankt-Peterburqda hərbi jurnalistin ölümü ilə nəticələnən partlayışın təfərrüatları
Sputnik Azərbaycan
Hərbi jurnalist Vladlen Tatarskiyə tanış qız tərəfindən verilən hədiyyə heykəlcik onun əlində partlayıb. 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T21:37+0400
2023-04-02T21:37+0400
2023-04-02T22:07+0400
rusiya
sankt-peterburq
partlayış
https://cdnn1.img.sputnik.az/img/40964/75/409647536_0:24:3199:1823_1920x0_80_0_0_10f840666d348ea065166f9de5c3dc2d.jpg
BAKI, 2 aprel - Sputnik. Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb, xəsarət alan on nəfərin vəziyyəti ağırdır.Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb."Heykəlcik təhvil verilməzdən əvvəl ekspertizadan keçirilib. Bundan başqa, Vladlen özü də bu qızı tanıyırdı və o, artıq bir neçə dəfə tədbirlərdə ona açıqcalar verib", - məlumatlı mənbə RİA Novosti-yə bildirib.Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onların arasında uşaq da var.“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.Ehtimal olunur ki, hücum edənlər bu yolla kafedə ola biləcək xidməti iti aldatmağı planlaşdırıblar, çünki bir heyvanın gipsdən partlayıcı qurğunun iyini hiss etməsi çətinləşir. Partlayışın gücü 100 qram trotil olub.***Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.Bu barədə Rusiyanın Fövqəladə Hallar Xdməti məlumat yayıb. Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində qeydə alınıb. Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.Ehtimallara görə, kafedə ziyarətçilərdən birinin gətirdiyi partlayıcı qurğu işə düşüb. Şahidlərdən birinin dediyinə görə, partlayışdan sonra kafedə yanğın olmayıb.Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40964/75/409647536_368:0:2832:1848_1920x0_80_0_0_7bfa8f251c2d70437e28dda7a24164dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sankt-peterburq, partlayış
sankt-peterburq, partlayış
Sankt-Peterburqda hərbi jurnalistin ölümü ilə nəticələnən partlayışın təfərrüatları
21:37 02.04.2023 (Yenilənib: 22:07 02.04.2023) Hərbi jurnalist Vladlen Tatarskiyə tanış qız tərəfindən verilən hədiyyə heykəlcik onun əlində partlayıb.
BAKI, 2 aprel - Sputnik. Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb, xəsarət alan on nəfərin vəziyyəti ağırdır.
Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.
Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb.
"Heykəlcik təhvil verilməzdən əvvəl ekspertizadan keçirilib. Bundan başqa, Vladlen özü də bu qızı tanıyırdı və o, artıq bir neçə dəfə tədbirlərdə ona açıqcalar verib", - məlumatlı mənbə RİA Novosti-yə bildirib.
Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onların arasında uşaq da var.
“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.
Ehtimal olunur ki, hücum edənlər bu yolla kafedə ola biləcək xidməti iti aldatmağı planlaşdırıblar, çünki bir heyvanın gipsdən partlayıcı qurğunun iyini hiss etməsi çətinləşir. Partlayışın gücü 100 qram trotil olub.
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Xdməti məlumat yayıb. Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində qeydə alınıb.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Ehtimallara görə, kafedə ziyarətçilərdən birinin gətirdiyi partlayıcı qurğu işə düşüb. Şahidlərdən birinin dediyinə görə, partlayışdan sonra kafedə yanğın olmayıb.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.