https://sputnik.az/20230402/respublikacilarin-coxu-2024-cu-il-seckilerinde-trampi-desteklemeye-hazirdir---sorgu-453296631.html
Respublikaçıların çoxu 2024-cü il seçkilərində Trampı dəstəkləməyə hazırdır - sorğu
Respublikaçıların çoxu 2024-cü il seçkilərində Trampı dəstəkləməyə hazırdır - sorğu
Sputnik Azərbaycan
Donald Tramp ikinci dəfə Amerika Birləşmiş Ştatlarına rəhbərlik edə bilər. 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T13:41+0400
2023-04-02T13:41+0400
2023-04-02T13:41+0400
dünya xəbərləri
donald tramp
abş prezidenti donald tramp
prezident seçkiləri
abş-da prezident seçkiləri
respublikaçılar partiyası
respublikaçılar
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451991481_0:160:3072:1888_1920x0_80_0_0_f5326f26c3e676b7e307cdf90d74f72c.jpg
BAKI, 2 aprel - Sputnik. Respublikaçıların 50%-dən çoxu hakimiyyətin siyasətçiyə qarşı məhkəmədə ittiham irəli sürmək niyyətinə baxmayaraq, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır. Britaniyanın “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrindən belə çıxır.Sorğunun nəticələrinə görə, Respublikaçılar Partiyasından praymerizdə iştirak edən bütün namizədlərdən Respublikaçı tərəfdarların 52%-i Trampa səs verə bilər. Onun ardınca Florida qubernatoru Ron DeSantis gəlir ki, o, respondentlərin 21%-ni dəstəkləməyə hazırdır. Populyarlığa görə üçüncü yerdə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli qərarlaşıb, ona 5% səs verə bilər.Bundan əlavə, sorğu iştirakçılarına Böyük Münsiflər Heyətinin Trampı ittiham etmək qərarı ilə bağlı suallar da verilib. Amerikalıların 43%-i ittihamın əsas səbəbi kimi siyasi qərəzliliyi göstərir, respondentlərin 42%-i isə bunun Trampı məsuliyyətə cəlb etmək istəyi ilə bağlı olduğunu bildirib.Sorğu martın 30-dan 31-dək 1089 amerikalı böyüklər arasında aparılıb. Statistik səhv 3,3 faiz təşkil edir.Bundan əvvəl Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. CNN mənbələrinin məlumatına görə, Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentini 30-dan çox biznes saxtakarlığında ittiham edir. Rəsmi olaraq ittihamlar yalnız Tramp məhkəməyə gələndə açıqlanacaq, lakin ehtimal edilir ki, bu, pornoqrafik aktrisa Stormi Danielsin işidir – ona Trampla iddia edilən münasibətlə bağlı susduğu üçün böyük məbləğdə pul ödənilib. Eks-prezident əvvəllər həm Daniels ilə əlaqəni, həm də onun hər hansı qanunsuz hərəkətini təkzib edib. Tramp həmçinin bildirib ki, təqiblər sırf siyasi xarakter daşıyır və onun 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyəti ilə bağlıdır.Trampın məhkəməyə gəlişi aprelin 4-də gözlənilir. Siyasətçinin vəkili Co Tacopinanın bir qədər əvvəl dediyi kimi, ABŞ-ın keçmiş prezidenti çıxışı zamanı təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451991481_171:0:2902:2048_1920x0_80_0_0_a6f0cf18dabff77ef213065323a8054a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, abş prezidenti donald tramp, prezident seçkiləri, abş-da prezident seçkiləri, respublikaçılar partiyası, respublikaçılar
donald tramp, abş prezidenti donald tramp, prezident seçkiləri, abş-da prezident seçkiləri, respublikaçılar partiyası, respublikaçılar
Respublikaçıların çoxu 2024-cü il seçkilərində Trampı dəstəkləməyə hazırdır - sorğu
Donald Tramp ikinci dəfə Amerika Birləşmiş Ştatlarına rəhbərlik edə bilər.
BAKI, 2 aprel - Sputnik. Respublikaçıların 50%-dən çoxu hakimiyyətin siyasətçiyə qarşı məhkəmədə ittiham irəli sürmək niyyətinə baxmayaraq, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır. Britaniyanın “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrindən belə çıxır.
Sorğunun nəticələrinə görə, Respublikaçılar Partiyasından praymerizdə iştirak edən bütün namizədlərdən Respublikaçı tərəfdarların 52%-i Trampa səs verə bilər. Onun ardınca Florida qubernatoru Ron DeSantis gəlir ki, o, respondentlərin 21%-ni dəstəkləməyə hazırdır. Populyarlığa görə üçüncü yerdə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli qərarlaşıb, ona 5% səs verə bilər.
Bundan əlavə, sorğu iştirakçılarına Böyük Münsiflər Heyətinin Trampı ittiham etmək qərarı ilə bağlı suallar da verilib. Amerikalıların 43%-i ittihamın əsas səbəbi kimi siyasi qərəzliliyi göstərir, respondentlərin 42%-i isə bunun Trampı məsuliyyətə cəlb etmək istəyi ilə bağlı olduğunu bildirib.
Sorğu martın 30-dan 31-dək 1089 amerikalı böyüklər arasında aparılıb. Statistik səhv 3,3 faiz təşkil edir.
Bundan əvvəl Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. CNN mənbələrinin məlumatına görə, Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentini 30-dan çox biznes saxtakarlığında ittiham edir. Rəsmi olaraq ittihamlar yalnız Tramp məhkəməyə gələndə açıqlanacaq, lakin ehtimal edilir ki, bu, pornoqrafik aktrisa Stormi Danielsin işidir – ona Trampla iddia edilən münasibətlə bağlı susduğu üçün böyük məbləğdə pul ödənilib. Eks-prezident əvvəllər həm Daniels ilə əlaqəni, həm də onun hər hansı qanunsuz hərəkətini təkzib edib. Tramp həmçinin bildirib ki, təqiblər sırf siyasi xarakter daşıyır və onun 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyəti ilə bağlıdır.
Trampın məhkəməyə gəlişi aprelin 4-də gözlənilir. Siyasətçinin vəkili Co Tacopinanın bir qədər əvvəl dediyi kimi, ABŞ-ın keçmiş prezidenti çıxışı zamanı təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.