NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC ölkələri may ayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul ediblər

© AFP 2024 / JOE KLAMAROPEC-in mənzil-qərargahı
OPEC-in mənzil-qərargahı - Sputnik Azərbaycan, 1920, 02.04.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib.
BAKI, 2 aprel - Sputnik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
İraqın Neft Nazirliyi (-211 min barel), Küveytin neft naziri Bader əl-Mulla (-128 min barel), Omanın Energetika Nazirliyi (-40 min barel/gün) ) və Əlcəzairin Energetika Nazirliyi də (-48 min barel/gün) neft hasilatını azaldacaqlarını bəyan ediblər (Report).
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib:
“Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir”.
Bundan əvvəl yayılan məlumata görə, Qazaxıstan may ayından bu ilin sonuna qədər neft hasilatını gündəlik 78 min barel azaltmaq niyyətindədir.
“Qazaxıstan may ayından 2023-cü ilin sonuna qədər OPEC+ üzvü olan digər ölkələrlə birlikdə gündəlik 78 min barel həcmində könüllü olaraq hasilatın azaldılmasını həyata keçirəcək", - Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, bu ixtisar 5 oktyabr 2022-ci il tarixdə OPEC+ nazirlərin 33-cü görüşündə qəbul edilmiş hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.
Eyni zamanda Səudiyyə Ərəbistanı da may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, rəsmi Moskva könüllü olaraq gündəlik neft hasilatının 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacaq.
Xəbər lenti
0