https://sputnik.az/20230402/maraqli-faktlar-silsilesinden-410921638.html
Kompüter oyunlarının ziyanları və faydaları
Kompüter oyunlarının ziyanları və faydaları
Sputnik Azərbaycan
Kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T08:06+0400
2023-04-02T08:06+0400
2023-04-01T21:22+0400
hi-tech
cəmiyyət
kompüter
oyunlar
https://cdnn1.img.sputnik.az/img/40836/67/408366792_0:0:2000:1125_1920x0_80_0_0_dff49dcd7ef9d39fa80841d5e38d65d9.jpg
BAKI, 2 aprel - Sputnik. Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır. "Geymer"lər saatlarla durmadan kompüterin qarşısında vaxt keçirir.Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəkət sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir.Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib. Bu oyunlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir.Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun stajı olan "geymer"lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür.Alimlərin fikrinə görə, kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40836/67/408366792_0:0:1772:1329_1920x0_80_0_0_d7b09f407ae302b3d38ce86dff999643.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hi-tech, kompüter, oyunlar
hi-tech, kompüter, oyunlar
Kompüter oyunlarının ziyanları və faydaları
Kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər
BAKI, 2 aprel - Sputnik. Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır. "Geymer"lər saatlarla durmadan kompüterin qarşısında vaxt keçirir.
Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəkət sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir.
Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib. Bu oyunlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir.
Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun stajı olan "geymer"lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür.
Alimlərin fikrinə görə, kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər.