https://sputnik.az/20230402/komite-3-sayli-usaq-evinin-sakini-barede-yayilan-melumatlara-munasibet-bildirib-453303371.html
Komitə 3 saylı uşaq evinin sakini barədə yayılan məlumatlara münasibət bildirib
Komitə 3 saylı uşaq evinin sakini barədə yayılan məlumatlara münasibət bildirib
Sputnik Azərbaycan
Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib. 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T18:46+0400
2023-04-02T18:46+0400
2023-04-02T18:46+0400
uşaq evi
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
psixiatrik xəstəxana
1 nömrəli respublika psixiatriya xəstəxanası
yeniyetmə
müalicə
https://cdnn1.img.sputnik.az/img/42225/21/422252130_0:0:1920:1080_1920x0_80_0_0_87f21b63a6c55e0c267f3d1cd3956469.jpg
BAKI, 2 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb: "Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb. Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilib. Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib. Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb". Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/21/422252130_213:0:1920:1280_1920x0_80_0_0_f345d940cf0ac4a30b01bda5b4c2cb8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq evi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, psixiatrik xəstəxana, 1 nömrəli respublika psixiatriya xəstəxanası, yeniyetmə, müalicə
uşaq evi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, psixiatrik xəstəxana, 1 nömrəli respublika psixiatriya xəstəxanası, yeniyetmə, müalicə
Komitə 3 saylı uşaq evinin sakini barədə yayılan məlumatlara münasibət bildirib
Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.
BAKI, 2 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb:
"Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.
Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.
Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilib.
Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.
Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb".
Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.