Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan Ordusunun minaya düşən hərbçisi vəfat edib və doğma kəndində torpağa verilib

© Photo : REPORTMina nişanı
Mina nişanı - Sputnik Azərbaycan, 1920, 02.04.2023
Abunə olmaq
Tərtərin Talış kəndi istiqamətində minaya düşən Eldəniz Niftəliyev Xəstəxanada həyatını itirib.
BAKI, 2 aprel - Sputnik. Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.
​Dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə Müdafiə Nazirliyinən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.
“Report”un əldə etdiyi məlumata görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Xəbər lenti
0