https://sputnik.az/20230401/tramp-ona-qarsi-ireli-surulen-ittihamlardan-sonra-4-mln-dollardan-cox-vesait-toplayib-453285886.html
Tramp ona qarşı irəli sürülən ittihamlardan sonra 4 mln dollardan çox vəsait toplayıb
Tramp ona qarşı irəli sürülən ittihamlardan sonra 4 mln dollardan çox vəsait toplayıb
Sputnik Azərbaycan
Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. 01.04.2023, Sputnik Azərbaycan
2023-04-01T18:56+0400
2023-04-01T18:56+0400
2023-04-01T18:56+0400
dünya xəbərləri
donald tramp
donald tramp
dollar
vəsait
ittiham
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683877_0:126:2412:1483_1920x0_80_0_0_98f30aee06f975af4cfed3a02d84b58c.jpg
BAKI, 1 aprel - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ittiham olunduqdan sonra bir gündə dörd milyon dollardan çox pul yığıb. Bu barədə “USA Today” onun prezidentlik kampaniyasının təşkilatçılarının bəyanatına istinadən xəbər verir.Prezident kampaniyasının təşkilatçılarının bildirdiyinə görə, keçmiş dövlət başçısı Donald Tramp ittihamnamələr məlum olduqdan sonra 24 saat ərzində 4 milyon dollardan çox pul toplayıb.Trampa qarşı ittihamlar məlum olandan bir neçə saat sonra onun prezidentlik kampaniyasının təşkilatçıları onun tərəfdarlarına elektron məktublar göndərərək Trampın özünün “cadugər ovu” adlandırdığı hadisəni dayandırmaq üçün ianə istəyiblər.Daha əvvəl məlum olub ki, Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. CNN mənbələrinin məlumatına görə, Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentini 30-dan çox biznes saxtakarlığında ittiham edir.Rəsmi olaraq ittihamlar yalnız Tramp məhkəməyə gələndə açıqlanacaq, lakin ehtimal edilir ki, əsas pornoqrafik aktrisa Stormi Danielsin işidir – ona Trampla iddia edilən münasibətlə bağlı susduğu üçün böyük məbləğdə pul ödənilib. Eks-prezident əvvəllər həm Daniels ilə əlaqəni, həm də onun hər hansı qanunsuz hərəkətini təkzib edib. Tramp həmçinin bildirib ki, təqiblər sırf siyasi xarakter daşıyır və onun 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyəti ilə bağlıdır.Trampın məhkəməyə gəlişi aprelin 4-də gözlənilir. Siyasətçinin vəkili Co Tacopinanın bir qədər əvvəl dediyi kimi, ABŞ-ın keçmiş prezidenti çıxışı zamanı təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp artıq “74 milyon” tərəfdarını onun mümkün həbsinə qarşı petisiya imzalamağa çağırmışdı, imzalayanlardan onun seçki kampaniyası üçün təxmini məbləği 24 ilə 3,3 min dollar arasında ianə etmələri istənmişdi. .
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683877_134:0:2278:1608_1920x0_80_0_0_7f581f8f500a5f3ba927bf8d4e14849e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, donald tramp, dollar, vəsait, ittiham
donald tramp, donald tramp, dollar, vəsait, ittiham
Tramp ona qarşı irəli sürülən ittihamlardan sonra 4 mln dollardan çox vəsait toplayıb
Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib.
BAKI, 1 aprel - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ittiham olunduqdan sonra bir gündə dörd milyon dollardan çox pul yığıb. Bu barədə “USA Today” onun prezidentlik kampaniyasının təşkilatçılarının bəyanatına istinadən xəbər verir.
Prezident kampaniyasının təşkilatçılarının bildirdiyinə görə, keçmiş dövlət başçısı Donald Tramp ittihamnamələr məlum olduqdan sonra 24 saat ərzində 4 milyon dollardan çox pul toplayıb.
Trampa qarşı ittihamlar məlum olandan bir neçə saat sonra onun prezidentlik kampaniyasının təşkilatçıları onun tərəfdarlarına elektron məktublar göndərərək Trampın özünün “cadugər ovu” adlandırdığı hadisəni dayandırmaq üçün ianə istəyiblər.
Daha əvvəl məlum olub ki, Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. CNN mənbələrinin məlumatına görə, Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentini 30-dan çox biznes saxtakarlığında ittiham edir.
Rəsmi olaraq ittihamlar yalnız Tramp məhkəməyə gələndə açıqlanacaq, lakin ehtimal edilir ki, əsas pornoqrafik aktrisa Stormi Danielsin işidir – ona Trampla iddia edilən münasibətlə bağlı susduğu üçün böyük məbləğdə pul ödənilib. Eks-prezident əvvəllər həm Daniels ilə əlaqəni, həm də onun hər hansı qanunsuz hərəkətini təkzib edib. Tramp həmçinin bildirib ki, təqiblər sırf siyasi xarakter daşıyır və onun 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyəti ilə bağlıdır.
Trampın məhkəməyə gəlişi aprelin 4-də gözlənilir. Siyasətçinin vəkili Co Tacopinanın bir qədər əvvəl dediyi kimi, ABŞ-ın keçmiş prezidenti çıxışı zamanı təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp artıq “74 milyon” tərəfdarını onun mümkün həbsinə qarşı petisiya imzalamağa çağırmışdı, imzalayanlardan onun seçki kampaniyası üçün təxmini məbləği 24 ilə 3,3 min dollar arasında ianə etmələri istənmişdi. .