CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində yağıntılı hava müşahidə olunacaq - Proqnoz

© AP Photo / Anupam NathBuludlu hava, arxiv şəkli
Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeronun bəzi yerlərində yağıntının arabir intensivləşəcəyi ehtimalı var.
BAKI, 1 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 1-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bu gün havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 10-14° isti, dağlarda 0-3° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0