CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotikin təsiri altında sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

© AFP 2023 / RODGER BOSCHNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.
BAKI, 1 aprel - Sputnik. Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı narkotik maddənin təsiri altında avtobus idarə etdiyi üçün saxlanılıb.

"Report" xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibarti Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.
Xəbər lenti
0