Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində 980 nəfər ölüb - Şok statistika

© AFP 2024 / RODGER BOSCHNarkotik
Narkotik  - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Müsadirə olunmuş narkotik vasitələrin 2 ton 861 kiloqramı ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.
BAKI, 1 aprel - Sputnik. 2022-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən 5 ton 470 kq narkottik vasitə və psxotrop maddə müsadirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əks olunub.
Həmçinon ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8677 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hesabatda q eyd olunub ki, narkotikə görə cinayət məsuliyyətinə cəlb edilənlərin 99 nəfəri xarici ölkə vətəndaşıdır.
Son 7 il (2016-2022) ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 980 nəfər olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-ci il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər təşkil edib.
Qeyd olunub ki, bu rəqəm əvvəlki illə müqayisədə 21 faiz azdır.
Müsadirə olunmuş narkotik vasitələrin 2 ton 861 kiloqramı ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.
Xəbər lenti
0