Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Məcəlləyə dəyişikliyi təsdiqləyib: qəzet və saytlar vergilərdən azad edilib

© Sputnik / Murad OrujovQəzet və kompüter
Qəzet və kompüter - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.
BAKI, 1 aprel - Sputnik. Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Burada məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır.
Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
Məcəlləyə edilən dəyişikliyə görə, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Prezidentin imza atdığı bu dəyişikliklər 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.
Xəbər lenti
0