CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən çox narkoman yaşayan ərazisi

© AFP 2023 / LUIS ACOSTANarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Paytaxt rayonları üzrə ən çox narkotik istifadəçisi Yasamal (1652), ən az Pirallahı (73) rayonundadır.
BAKI, 1 aprel - Sputnik. Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin şəhər və rayonlar üzrə bölgüsü açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Ən çox istifadəçi Bakı şəhəri (8565), Lənkəran şəhəri (3837), Sumqayıt şəhəri (3343), Salyan rayonu (1335), Gəncə şəhəri (1178), Şirvan şəhəri (1067), Cəlilabad rayonu (939), və Abşeron rayonunda (846) qeydə alınıb.
Paytaxt rayonları üzrə ən çox narkotik istifadəçisi Yasamal (1652), ən az Pirallahı (73) rayonundadır.
Xəbər lenti
0