Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı dəyişib

© Photo : Ministry of Agriculture (Azerbaijan)Kənd təsərrüfatı
Kənd təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
Oktyabrın 1-dən qüvvəyə minəcək qərarın icrasına nəzarət kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.
BAKI, 1 aprel - Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, aqrar sahədə güzəşt tətbiq edilən texnika və texnoloji avadanlıqlardan “kotan” “dönər kotan”la əvəzlənib.
Bu qərar bu il oktyabrın 1-dən qüvvəyə minəcək. Qərarın icrasına nəzarət kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.
Nazirliyin Hüquq və İcra İntizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Xəbər lenti
0