NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb

© AFP 2024 / OSMAN KARIMOVBakıda neft buruqları
Bakıda neft buruqları - Sputnik Azərbaycan, 1920, 01.04.2023
Abunə olmaq
BAKI, 1 aprel - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,3 % artaraq 81,88ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 79,77 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin ("Azeri Light") bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0