https://sputnik.az/20230401/aktyor-hami-qursaqdan-asagi-zarafat-etmeye-calisir-453265737.html
Aktyor: "Hamı qurşaqdan aşağı zarafat etməyə çalışır"
Aktyor: "Hamı qurşaqdan aşağı zarafat etməyə çalışır"
Sputnik Azərbaycan
Sənətkar bildirib ki, özünə yumorist, gülüş ustası deyən adamlar şit hərəkətlərini, məişət səviyyəsindəki düşükləmələrini insanlara yumor adı ilə sırımağa... 01.04.2023, Sputnik Azərbaycan
2023-04-01T09:01+0400
2023-04-01T09:01+0400
2023-04-01T09:15+0400
rejissor
mədəniyyət
aktyor
yumor
teatr
https://cdnn1.img.sputnik.az/img/42220/93/422209308_0:0:2000:1125_1920x0_80_0_0_e24ed2b846885c5b627f3f823a6bef11.jpg
BAKI, 1 aprel — Sputnik. Bu gün Ümumdünya Gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Bəs Azərbaycan mədəniyyətində gülüşün yeri haradadır? Komediya janrı bizdə nə dərəcədə inkişaf edib? Yumor hansı səviyyədədir? Biz ümumiyyətlə nəyə gülürük? Aktyor Kamran Ağabalayev deyib ki, bizdə gülüşün səviyyəsi çox aşağıdır. Hər kəsin, eləcə də özünün ətrafda aqressiv yox, gülər üzlər görmək istədiyini qeyd edən aktyor, umduqlarını nə ölkədə, nə də mədəniyyət sahəsində tapmadığını deyib:Bakı Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu bildirir ki, komediya janrında əsər yazmaq olduqca çətindir."Bizim millət pafosu sevir. Hər yazar, hər ssenarist istəyir ki, fəlsəfi, dərin bir əsər yazsın. Mən teatr nöqteyi-nəzərdən danışmaq istəyirəm. Azərbaycanda teatr aktyorları dramı oynamağı daha çox sevirlər, nəinki komediyanı. Bir vaxtlar Musiliqili komediya teatrında o qədər keyfiyyətsiz, bayağı tamaşalar nümayiş olunurdu ki, adamın lap əti tökülürdü. Onu oynamasalar, daha yaxşı olardı". Onlarla komediya filmi və televiziya tamaşalarında rol alan Xalq artisti İlham Namiq Kamal bildirir ki, Sovet dövründə çəkilən komediya filmləri dövlət hesabına çəkilirdi. Bundan başqa, aktyor vurğulayır ki, o dönəmdə çəkilən filmlər peşəkar rejissorların əməyinin bəhrəsi idi:Sənətkar əlavə edir ki, Sovet dönəmində janrından aslı olmayaraq filmlərə çox ciddi hazırlaşırdılar. Aktyorun qrimindən tutmuş, filmin çəkildiyi interyerə qədər hər şey zərgər dəqiqliyi ilə işlənirdi:"Yarımştat", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Bala – başa bəla!", "Qonşu qonşu olsa…" kimi onlarla komediya janrında olan televiziya tamaşalarına və filmlərə quruluş verən, Xalq artisti Ramiz Həsənoğlu bildirir ki, bu gün çəkilən komediya filmləri sırf kommersiya xarakterlidir. Ona baxan insanlar da kitab oxumur. Onlar belə filmlərə baxmağa üstünlük verirlər:"Səbəbini onunla izah edə bilərəm ki, bunun üzərində illərdir "iş gedir". Biz də onların "gözəl nəticələrini" görürük. Bu barədə düşünməyin vaxtı gəlib çatıb. Amma düşünürlərmi? Düşünəcəklərmi? Bu, sual altındadır". Rejissorun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər götürmək lazımdır:"Həmin filmlər, özəl telekanllarda nümayiş olunan bayağı verilişlər xalqın səviyyəsini aşağı salır. Mədəniyyət nazirliyi bu bayağılığın qarşını almaq üçün ciddi addımlar atmalıdır ki, bu proseslərə təsir edə bilsinlər. Dövlət buna qarışmaldır ki, filmi maliyyələşdirən özəl qurumları vergilərdən azad etsinlər. Azad etsinlər ki, onlar maliyyə qazanmaq məqsədi ilə bayağı çəkilən filmlərə pul ayırmasınlar. Sənəti irəli çəkmək üçün maraq lazımdır. Bu da ancaq inkişaf etmiş cəmiyyətdə ola bilər. Təəssüf ki, bizdə təbəqələr tərs mütənasibdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/93/422209308_227:0:2000:1330_1920x0_80_0_0_79b4511a7588637c85c3f2fce86ac33a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rejissor, aktyor, yumor, teatr
rejissor, aktyor, yumor, teatr
Aktyor: "Hamı qurşaqdan aşağı zarafat etməyə çalışır"
09:01 01.04.2023 (Yenilənib: 09:15 01.04.2023) Sənətkar bildirib ki, özünə yumorist, gülüş ustası deyən adamlar şit hərəkətlərini, məişət səviyyəsindəki düşükləmələrini insanlara yumor adı ilə sırımağa çalışır.
BAKI, 1 aprel — Sputnik. Bu gün Ümumdünya Gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Bəs Azərbaycan mədəniyyətində gülüşün yeri haradadır? Komediya janrı bizdə nə dərəcədə inkişaf edib? Yumor hansı səviyyədədir? Biz ümumiyyətlə nəyə gülürük?
Aktyor Kamran Ağabalayev deyib ki, bizdə gülüşün səviyyəsi çox aşağıdır. Hər kəsin, eləcə də özünün ətrafda aqressiv yox, gülər üzlər görmək istədiyini qeyd edən aktyor, umduqlarını nə ölkədə, nə də mədəniyyət sahəsində tapmadığını deyib:
"Azərbaycanda komediya janrının inkişafı, yumorun səviyyəsi barədə ancaq təəssüflə danışmaq mümkündür. Bizdə komediya janrında çəkildiyi iddia edilən filmlər bərbaddır. Onlara necə "komediya" demək olar ki? Bizdə hələ də yumorla şitliyi ayırd edə bilmirlər. Özünə yumorist, gülüş ustası deyən adamlar şit hərəkətlərini, məişət səviyyəsindəki düşükləmələrini camaata yumor adı ilə sırımağa çalışırlar. Hamı qurşaqdan aşağı zarafat etməyə çalışır. Çox təəssüf ki, bizdə incə yumor, yəni ingilis yumoru yoxdur. Amma bu gün gülmək vacibdir. İndi Azərbaycanda baş verənləri, sosial durumu, iqtisadi vəziyyəti nəzərə alaraq gülmək nəinki lazımdır, hətta vacibdir".
Bakı Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu bildirir ki, komediya janrında əsər yazmaq olduqca çətindir.
"Bizim millət pafosu sevir. Hər yazar, hər ssenarist istəyir ki, fəlsəfi, dərin bir əsər yazsın. Mən teatr nöqteyi-nəzərdən danışmaq istəyirəm. Azərbaycanda teatr aktyorları dramı oynamağı daha çox sevirlər, nəinki komediyanı. Bir vaxtlar Musiliqili komediya teatrında o qədər keyfiyyətsiz, bayağı tamaşalar nümayiş olunurdu ki, adamın lap əti tökülürdü. Onu oynamasalar, daha yaxşı olardı".
Onlarla komediya filmi və televiziya tamaşalarında rol alan Xalq artisti İlham Namiq Kamal bildirir ki, Sovet dövründə çəkilən komediya filmləri dövlət hesabına çəkilirdi. Bundan başqa, aktyor vurğulayır ki, o dönəmdə çəkilən filmlər peşəkar rejissorların əməyinin bəhrəsi idi:
"Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə və digər peşəkarların tabloları idi o filmlər. Rejissor işi ilə yanaşı aktyorlar da peşəkar idi. Onların hər biri teatrlarda peşəkarlaşmış insanlar idi. Əksəriyyəti də teatr aktyorları idi. İndi də dünya ölkələrində filmlərə çəkilən aktyorların böyük bir qismi teatrda püxtələşmiş aktyorlardır".
Sənətkar əlavə edir ki, Sovet dönəmində janrından aslı olmayaraq filmlərə çox ciddi hazırlaşırdılar. Aktyorun qrimindən tutmuş, filmin çəkildiyi interyerə qədər hər şey zərgər dəqiqliyi ilə işlənirdi:
"Elə götürək, mənim rol adlığım "Qaynana" filmini. Filmin rəssamı Nadir Zeynalov Cənnət xanımın evini pavilyonda tikib. Tamaşaçıların bəlkə də əksəriyyəti bunu bilmir. Hər kəs elə bilir ki, o ev İçərişəhərdədir. Görün rəssam onu nə qədər gözəl işləyib ki, tamaşaçı bunu ayırd edə bilmir. Orada operator işi, rejissor və aktyor işi bir-birini tamamladığına görə, Azərbaycan tamaşaçısı hələ də o filmi sevə-sevə izləyir. Bununla bərabər, Azərbaycanfilm kinostudiyasında geyim sexi var idi. Aktyorların geyimlərinə də nəzarət edilirdi. Hər kəs istədiyi geyimi geyinib gələ bilməzdi. Bütün bu sadaladıqlarımın heç biri bu gün yoxdur. Ona görə də bayağılıq baş alıb gedir".
"Yarımştat", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Bala – başa bəla!", "Qonşu qonşu olsa…" kimi onlarla komediya janrında olan televiziya tamaşalarına və filmlərə quruluş verən, Xalq artisti Ramiz Həsənoğlu bildirir ki, bu gün çəkilən komediya filmləri sırf kommersiya xarakterlidir. Ona baxan insanlar da kitab oxumur. Onlar belə filmlərə baxmağa üstünlük verirlər:
"Səbəbini onunla izah edə bilərəm ki, bunun üzərində illərdir "iş gedir". Biz də onların "gözəl nəticələrini" görürük. Bu barədə düşünməyin vaxtı gəlib çatıb. Amma düşünürlərmi? Düşünəcəklərmi? Bu, sual altındadır".
Rejissorun fikrincə, bayağılığın qarşını zamanla almaq olar. Amma gecikdirmək də olmaz. Onların qabağını almaq üçün dövlət səviyyəsində ciddi ölçülər götürmək lazımdır:
"Həmin filmlər, özəl telekanllarda nümayiş olunan bayağı verilişlər xalqın səviyyəsini aşağı salır. Mədəniyyət nazirliyi bu bayağılığın qarşını almaq üçün ciddi addımlar atmalıdır ki, bu proseslərə təsir edə bilsinlər. Dövlət buna qarışmaldır ki, filmi maliyyələşdirən özəl qurumları vergilərdən azad etsinlər. Azad etsinlər ki, onlar maliyyə qazanmaq məqsədi ilə bayağı çəkilən filmlərə pul ayırmasınlar. Sənəti irəli çəkmək üçün maraq lazımdır. Bu da ancaq inkişaf etmiş cəmiyyətdə ola bilər. Təəssüf ki, bizdə təbəqələr tərs mütənasibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.