Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Vaqif Mustafayev: Heydər Əliyev Azərbaycanı görünməmiş zirvələrə qaldırıb

Abunə olmaq
Azərbaycanın kinorejissoru və xalq artisti Vaqif Mustafayev Sputnik Azərbaycan-a müsahibəsində Heydər Əliyev haqqında film çəkməsindən danışıb.
Sputnik Azərbaycan dünya miqyaslı dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə müsahibələr hazırlayıb.
Kinorejissor, ssenarist, xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şərəf" ordeninin kavaleri Vaqif Mustafayev ümummilli liderlə bağlı xatirələrini bölüşür.

"Heydər Əliyev haqqında film çəkməyə başlamazdan əvvəl onun şəxsiyyətini və tərcümeyi-halını uzun illərdir araşdırmışam. Bu dahi insan o qədər çoxşaxəlidir ki, onun haqqında sonsuz film çəkmək olar", - deyə Mustafayev bildirib.

Kinorejissor ümummilli liderin dərin fəaliyyətindən ilhamlandığını qeyd edib. Axı Heydər Əliyev qərar qəbul etməyi bilən lider olub. Xalq artisti vurğulayıb ki, o, Azərbaycanı çətin vəziyyətdən görünməmiş zirvələrə yüksəldib.
Mustafayev xatırlayır ki, onların Heydər Əliyevlə üz-üzə görüşü 1999-cu ildə baş tutub. O vaxta qədər rejissor artıq Heydər Əliyev haqqında dörd film çəkib.
"Heydər Əliyevlə işləmək mənim həyatımda böyük uğur olub. Onun həyatının bəzi anlarını onunla birlikdə yaşamışam. Bu, mənim üçün böyük həyat məktəbidir. Heydər Əliyev haqqında çəkdiyim kadrlar karyeramda ən önəmli yerlərdən birini tutur", - deyə Mustafayev xatırlayaraq qeyd edib.
Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Xəbər lenti
0