https://sputnik.az/20230331/stoltenberq-finlandiyanin-nato-ya-uzvluyunu-tesdiq-eden-turkiyenin-qerarini-alqislayib-453236384.html
Stoltenberq Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən Türkiyənin qərarını alqışlayıb
Stoltenberq Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən Türkiyənin qərarını alqışlayıb
Sputnik Azərbaycan
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Türkiyə 30... 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T11:19+0400
2023-03-31T11:19+0400
2023-03-31T11:21+0400
yens stoltenberq
dünya xəbərləri
finlandiya
nato
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451279444_0:294:3073:2022_1920x0_80_0_0_95e994350f26997744e4aff438b680f8.jpg
BAKI, 31 mart — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edən Türkiyə Məclisinin (parlament) qərarını alqışlayıb. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. Məclisdə səsvermə cümə günü gecə baş tutub. Türkiyə 30 NATO ölkəsi arasında Finlandiyanın üzvlüyünə səs verən sonuncu ölkə olub. "Finlandiyanın üzvlüyü üçün ratifikasiya prosesini tamamlayan Türkiyə parlamentinin səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək", - deyə NATO-nun baş katibi öz fikrini bildirib. Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər 30 NATO ölkəsindən 28-i hər iki müraciəti təsdiqləsə də, Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrı nəzərdən keçirmək istəyiblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451279444_0:0:2731:2048_1920x0_80_0_0_cdeef38b4aa6ab160901bea0eeb74754.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yens stoltenberq, finlandiya, nato, türkiyə
yens stoltenberq, finlandiya, nato, türkiyə
Stoltenberq Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən Türkiyənin qərarını alqışlayıb
11:19 31.03.2023 (Yenilənib: 11:21 31.03.2023) Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Türkiyə 30 NATO ölkəsi arasında Finlandiyanın üzvlüyünə səs verən sonuncu ölkə olub.
BAKI, 31 mart — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edən Türkiyə Məclisinin (parlament) qərarını alqışlayıb.
Bu barədə o, özünün "Twitter" hesabında yazıb.
Məclisdə səsvermə cümə günü gecə baş tutub. Türkiyə 30 NATO ölkəsi arasında Finlandiyanın üzvlüyünə səs verən sonuncu ölkə olub.
"Finlandiyanın üzvlüyü üçün ratifikasiya prosesini tamamlayan Türkiyə parlamentinin səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək", - deyə NATO-nun baş katibi öz fikrini bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər 30 NATO ölkəsindən 28-i hər iki müraciəti təsdiqləsə də, Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrı nəzərdən keçirmək istəyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.