Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır.
BAKI, 31 mart — Sputnik. "Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalıdır".
Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
Psixiatr bildirib ki, valideynlər müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib, vaxtında problemi aşkar edə bilərlər:

"Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidir. Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir".

© Sputnik / Alexandr Kondratyuk / Mediabanka keçidPoliklinikada, arxiv şəkli
Медсестра делает прививку ребенку в детской поликлинике - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Poliklinikada, arxiv şəkli
Onun sözlərinə görə, valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır.
"Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0