Müqəddəs Ramazan ayı: iftar dünyanın müxtəlif ölkələrində necə keçirilir
Müqəddəs Ramazan ayı: iftar dünyanın müxtəlif ölkələrində necə keçirilir
Sputnik Azərbaycan
Mübarək Ramazan ayı - oruc tutmaq, mənəvi-əxlaqi təmizlənmə, eləcə də iman və iradənin möhkəmləndirilməsi ayı davam edir. Bu müqəddəs ayda dünya... 31.03.2023, Sputnik Azərbaycan
BAKI, 30 mart — Sputnik. Ramazan bütün müsəlmanlar üçün müqəddəs bir aydır, bunun ilkin şərtlərindən biri gün ərzində yemək və içməkdən imtina etməyi nəzərdə tutan ciddi oruc tutmaqdır. Müsəlmanların orucu səhər azanı səsləndikdən sonra başlayır və gün batanda - məsciddə axşam azanından sonra bitir. Bu ayda adətən müxtəlif ölkələrdə məscidlər xüsusilə səs-küylü olur və canlanır. İnsanlar namaz qılırlar, namazdan sonra məscidlərdə xurma, ət və düyü olmaqla iftar (Ramazan ayında axşam yeməyi) süfrələri açılır. Bir çox məscidlərdə imsak (səhər erkən yeməyi) də təşkil edilir. Müsəlman ölkələrinin çoxunda bütün qonşuların və yoldan keçənlərin dəvət olunduğu küçələrdə iftar süfrələri açmaq mədəniyyət və adət-ənənədir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mübarək Ramazan ayı - oruc tutmaq, mənəvi-əxlaqi təmizlənmə, eləcə də iman və iradənin möhkəmləndirilməsi ayı davam edir. Bu müqəddəs ayda dünya müsəlmanlarının müxtəlif iftar süfrələrini Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
BAKI, 30 mart — Sputnik. Ramazan bütün müsəlmanlar üçün müqəddəs bir aydır, bunun ilkin şərtlərindən biri gün ərzində yemək və içməkdən imtina etməyi nəzərdə tutan ciddi oruc tutmaqdır.
Müsəlmanların orucu səhər azanı səsləndikdən sonra başlayır və gün batanda - məsciddə axşam azanından sonra bitir.
Bu ayda adətən müxtəlif ölkələrdə məscidlər xüsusilə səs-küylü olur və canlanır. İnsanlar namaz qılırlar, namazdan sonra məscidlərdə xurma, ət və düyü olmaqla iftar (Ramazan ayında axşam yeməyi) süfrələri açılır.
Bir çox məscidlərdə imsak (səhər erkən yeməyi) də təşkil edilir.
Müsəlman ölkələrinin çoxunda bütün qonşuların və yoldan keçənlərin dəvət olunduğu küçələrdə iftar süfrələri açmaq mədəniyyət və adət-ənənədir.