CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məscidlərə təyinatda yenilik

© Sputnik / Murad OrujovBakıda məscid
Bakıda məscid - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Xatırladaq ki, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək "dini ayinlərin icraçısı" vəzifələri nəzərdə tutulub.
BAKI, 31 mart — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni təyinat alan qadın dini ayinlərin icraçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.
© REPORTMübariz Qurbanlı
Mübariz Qurbanlı - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Mübariz Qurbanlı
M.Qurbanlı diqqətə çatdırıb ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.
Görüş zamanı mövcud dini durum, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət, dini abidələrə və din xadimlərinə qayğısı haqqında da danışan Komitə sədri ölkəmizdə mövcud olan dini vəhdətin, tolerantlığın, multikulturalizmin, qarşılıqlı anlayış mühitinin qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.
Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi "Heydər", "Xanım Fatimeyi-Zəhra", Yasamal rayonu "İlahiyyat", Sumqayıt şəhəri "Cümə", Ceyranbatan yaşayış massivi "Ceyhun xanım və Hacı Əhməd", Neftçala şəhəri "Sahibəz-Zaman", Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi "Fatimeyi-Zəhra", Saatlı rayonu "Sımadakənd", Şəki şəhəri "Mərkəzi Cümə", İsmayıllı rayonu "Cümə" məscidlərinə təyin olunublar.
Xatırladaq ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirmişdi ki, Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər. Onun sözlərinə görə, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək "dini ayinlərin icraçısı" vəzifələri nəzərdə tutulub.
© Photo : APAAzərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov
Sədr müavini qeyd edib ki, söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir:
"Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0