https://sputnik.az/20230331/gurcustan-azerbaycanlilari-heyder-eliyevi-hec-vaxt-unutmayacaq---gurcustanli-sabiq-deputat-453272834.html
Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq - Gürcüstanlı sabiq deputat
Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq - Gürcüstanlı sabiq deputat
Sputnik Azərbaycan
Sabiq deputatın qənaətinə görə, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub. 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T21:41+0400
2023-03-31T21:41+0400
2023-03-31T21:41+0400
heydər əliyev ili
heydər əliyev
gürcüstan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40568/35/405683559_0:0:1201:676_1920x0_80_0_0_6f6e405d0f795e3d36d6662f0f59c2a5.jpg
BAKI, 31 mart — Sputnik. Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev yalnız Azərbaycanın deyil, ümumiyyətlə, dünya azərbaycanlılarının ümummilli lideridir” sərlövhəli məqalə dərc olunub.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildirilib ki, məqalədə Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynovun müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında fikirlərinə yer verilib.O deyib ki, xalqımızın dahi şəxsiyyəti ilə Gürcüstan parlamentinin deputatı olarkən 1996-cı il yanvarın 5-də ilk dəfə görüşüb:Sabiq deputat xatırladıb ki, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub:“Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qətiyyətli və cəsarətli çıxışı, 1993-cü ilin iyun ayında Gəncəyə gedərək qardaş qırğınının qarşısını alması bizi çox sevindirdi. Heydər Əliyev dünyanın tarixi şəxsiyyətləri, siyasətçiləri arasında özünəməxsus dəsti-xətti olan liderdir. O, təkcə Azərbaycanın və ya Gürcüstan azərbaycanlılarının deyil, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Biz hamımız şərəf və qürur hissi ilə deyirik ki, Heydər Əliyev heç zaman yaddaşlardan silinməyəcək”.H.Hüseynov onu da bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasət yürütməsi qonşu Gürcüstanla münasibətlərə də öz müsbət təsirini göstərib:Keçmiş deputat əlavə edib ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının olması və Azərbaycanın hazırkı sürətli inkişafı Gürcüstandakı soydaşlarımızı çox sevindirir:“Ulu Öndərimizin Prezident İlham Əliyev kimi siyasi lider yetişdirməsi tarixdə nadir hadisələrdəndir. Biz çox sevinir və şükür edirik ki, Azərbaycanımızın belə praqmatik, uzaqgörən, qətiyyətli və bacarıqlı dövlət başçısı var. Otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad edilməsi, müharibə və müharibədən sonrakı dövrdə İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr, digər ölkələrin dövlət və hökumət başçılarına verdiyi cavablar onu bizim qürur mənbəyimizə çevirib”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40568/35/405683559_7:0:1130:842_1920x0_80_0_0_448fac6187e6f2936a5e993b3ef57e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev, gürcüstan, azərbaycan
heydər əliyev, gürcüstan, azərbaycan
Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq - Gürcüstanlı sabiq deputat
Sabiq deputatın qənaətinə görə, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub.
BAKI, 31 mart — Sputnik. Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev yalnız Azərbaycanın deyil, ümumiyyətlə, dünya azərbaycanlılarının ümummilli lideridir” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildirilib ki, məqalədə Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynovun müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında fikirlərinə yer verilib.
O deyib ki, xalqımızın dahi şəxsiyyəti ilə Gürcüstan parlamentinin deputatı olarkən 1996-cı il yanvarın 5-də ilk dəfə görüşüb:
“Deputat həmkarlarım birinci mənim danışmağını məsləhət bildilər. Çox həyəcanlı idim. Azərbaycan dövlətinin rəhbəri, dünyamiqyaslı siyasətçinin qarşısında çıxış etmək çox böyük məsuliyyət tələb edirdi. Mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin salamlarını çatdırdım və bəzi məsələlər barədə danışdım. Sıxıntı keçirdiyimi hiss edən Heydər Əliyev özünəməxsus şəkildə sözümü kəsdi və dedi ki, “sən yaxşı danışırsan. Gürcüstan azərbaycanlıları Azərbaycan dilində bəzi nazirlərdən yaxşı danışırlar”. Bu zarafatyana replikası ilə məni ruhlandırdı”.
Sabiq deputat xatırladıb ki, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub:
“Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qətiyyətli və cəsarətli çıxışı, 1993-cü ilin iyun ayında Gəncəyə gedərək qardaş qırğınının qarşısını alması bizi çox sevindirdi. Heydər Əliyev dünyanın tarixi şəxsiyyətləri, siyasətçiləri arasında özünəməxsus dəsti-xətti olan liderdir. O, təkcə Azərbaycanın və ya Gürcüstan azərbaycanlılarının deyil, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Biz hamımız şərəf və qürur hissi ilə deyirik ki, Heydər Əliyev heç zaman yaddaşlardan silinməyəcək”.
H.Hüseynov onu da bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasət yürütməsi qonşu Gürcüstanla münasibətlərə də öz müsbət təsirini göstərib:
“Ümummilli Liderin 1996-cı ildə Tbilisidə soydaşlarımızla görüşü çox böyük tarixi əhəmiyyət kəsb edirdi. Görüş zamanı onun azərbaycanlıları diaspor deyil, aborigen xalq adlandırması sıradan məsələ deyildi. Heydər Əliyev bu bəyanatı ilə mühüm xəbərdarlıq etdi və nəzərə çatdırdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar tək deyil, onların arxasında Azərbaycan dövləti dayanıb. Onun bu sözləri tarixə düşdü. Gürcüstan azərbaycanlıları bunu unutmayacaqlar. Artıq neçə ildir Heydər Əliyev cismən aramızda deyil, amma onun adı və müqəddəs ruhu bizə dayaqdır. Biz onun əziz xatirəsini heç zaman unutmadıq və unutmayacağıq”.
Keçmiş deputat əlavə edib ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının olması və Azərbaycanın hazırkı sürətli inkişafı Gürcüstandakı soydaşlarımızı çox sevindirir:
“Ulu Öndərimizin Prezident İlham Əliyev kimi siyasi lider yetişdirməsi tarixdə nadir hadisələrdəndir. Biz çox sevinir və şükür edirik ki, Azərbaycanımızın belə praqmatik, uzaqgörən, qətiyyətli və bacarıqlı dövlət başçısı var. Otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad edilməsi, müharibə və müharibədən sonrakı dövrdə İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr, digər ölkələrin dövlət və hökumət başçılarına verdiyi cavablar onu bizim qürur mənbəyimizə çevirib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.