https://sputnik.az/20230331/avtomobillere-qoyulmus-mehdudiyyet-qiymetleri-artiracaq---ekspert-453230226.html
Avtomobillərə qoyulmuş məhdudiyyət qiymətləri artıracaq - Ekspert
Avtomobillərə qoyulmuş məhdudiyyət qiymətləri artıracaq - Ekspert
Sputnik Azərbaycan
Ərşad Hüseynov bildirib ki, paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq, ekologiyanı qorumaq üçün fərdi avtomobilləşmənin qarşısını almaqdansa ictimai... 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T19:01+0400
2023-03-31T19:01+0400
2023-03-31T19:01+0400
qiymət
cəmiyyət
nəqliyyat
avtomobil
ekologiya
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_0:77:2001:1202_1920x0_80_0_0_3097752624412c9fc7e552546b1b2642.jpg
BAKI, 31 mart — Sputnik. Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət dünəndən müzakirə olunur. Bəs görəsən baş nazirin imzaladığı bu qərar avtomobil bazarına necə təsir göstərəcək? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, bu qərar ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq. Onun sözlərinə görə, bu qərardan sonra əhali ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaq. Çünki onları yeniləmək şansı yeni qərarla xeyli azalmış oldu.Ekspert deyir ki, hazırda nəqliyyat ehtiyaclarını qarşılayan başq variant da yoxdur. Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Ə.Hüseynov onu da deyir ki, əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Onun sözlərinə görə, hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək. Ekspertin sözlərinə görə, bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən, yaşı 10-dan az olan avtomobil gətirməyə meyllənəcəklər. Onların qiyməti isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər. Xatırladaq ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. Ancaq 29 marta qədər, bu tarix də daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. Həmin avtomobillərin ölkəyə gətirilməsi isə 3 aya qədər çəkə bilər.Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.Komitə bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_146:0:1853:1280_1920x0_80_0_0_23cdc14707abd00e57e6220b422e7073.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qiymət, nəqliyyat, avtomobil, ekologiya
qiymət, nəqliyyat, avtomobil, ekologiya
Avtomobillərə qoyulmuş məhdudiyyət qiymətləri artıracaq - Ekspert
Ərşad Hüseynov bildirib ki, paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq, ekologiyanı qorumaq üçün fərdi avtomobilləşmənin qarşısını almaqdansa ictimai nəqliyyatın işini yaxşılaşdırmağa ehtiyac var.
BAKI, 31 mart — Sputnik. Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət dünəndən müzakirə olunur. Bəs görəsən baş nazirin imzaladığı bu qərar avtomobil bazarına necə təsir göstərəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, bu qərar ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq.
"Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha intensiv xarakter almışdı. ETSN-nin keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır. Bu zərərli maddələrin əsas mənbəyinin nəqliyyat vasitələri olduğu da ETSN tərəfindən vurğulanırdı. NK özünün 29.03.2023 tarixli, 94 saylı Qərarını şərh edərkən əsas hədəfin göstərilən problemi həll etmək olduğunu vurğulayıb. Lakin bu məsələdə ciddi bir səhvə yol verilir. Bizim ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Bizdə əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Bunun səbəbi isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil", - deyə Ə.Hüseynov bildirib.
Onun sözlərinə görə, bu qərardan sonra əhali ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaq. Çünki onları yeniləmək şansı yeni qərarla xeyli azalmış oldu.
Ekspert deyir ki, hazırda nəqliyyat ehtiyaclarını qarşılayan başq variant da yoxdur. Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq.
Ə.Hüseynov onu da deyir ki, əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Onun sözlərinə görə, hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək.
Ekspertin sözlərinə görə, bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən, yaşı 10-dan az olan avtomobil gətirməyə meyllənəcəklər. Onların qiyməti isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər.
"Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər", - deyə ekspert bildirib.
Xatırladaq ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Ancaq 29 marta qədər, bu tarix də daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. Həmin avtomobillərin ölkəyə gətirilməsi isə 3 aya qədər çəkə bilər.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.
Komitə bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.