https://sputnik.az/20230331/a-missiyasi-bolgeni-qarisdirir---xn-in-reaksiyasindan-kimler-hansi-dersi-cixarmalidir-453180235.html
Aİ missiyası bölgəni qarışdırır - XİN-in reaksiyasından kimlər hansı dərsi çıxarmalıdır?
Aİ missiyası bölgəni qarışdırır - XİN-in reaksiyasından kimlər hansı dərsi çıxarmalıdır?
Sputnik Azərbaycan
Millət vəkili: "Bölgədə məlum güc mərkəzlərinin Rusiya və İran əleyhinə idarə etdiyi ssenaridə əvvəllər də olduğu kimi Azərbaycan dövləti yer almayacaq". 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T10:00+0400
2023-03-31T10:00+0400
2023-03-31T10:00+0400
ai
siyasət
missiya
ermənistan
millət vəki
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42336/84/423368496_0:24:1000:587_1920x0_80_0_0_ff956fa419890f496d9d06bcfb569f5e.jpg
BAKI, 31 mart — Sputnik. "Avropa İttifaqı Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim etməsini qətiyyətlə qınayırıq". Bu açıqlamanı martın 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaradılmamalıdır. Sputnik Azərbaycan Aİ missiyası Ermənistanın təxribatlarının genişlənməsinə rəvac verə bilərmi sualı ilə millət vəkili Elşad Mirbəşiroğluna və politoloq Elşən Manafova müraciət edib. Millət vəkili vurğulayıb ki, bu missiyanın göndərilməsində məqsəd reallıqların təhrif olunmasından ibarətdir: "Ermənistanı zərərçəkmiş tərəf kimi, Azərbaycanı isə aqressor kimi göstərməyə çalışırlar. Biz bilirik ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlara əl atır, ərazilərimizə silah-sursat daşımağa cəhd edirlər. Azərbaycanın bunun qarşısını almasını isə ermənilərə qarşı aqressiya kimi qeyd edirlər. NATO-nun keçmiş Baş katibinin də regiona səfəri və verdiyi açıqlamalar göstərir ki, Aİ-nin məqsədi regionda sülhün əldə olunmasına yönəlməyib. Əksinə, başladılmış prosesi əngəlləmək üçün əllərindən gələni edirlər. Mülki Missiyanın regiona gəlməsi Azərbaycana qarşı siyasi cəbhənin formalaşdırılması üçün əsasların yaradılmasına xidmət edir". Politoloq Elşən Manafov hesab edir ki, Avropa İttifaqının xarici siyasətinə ABŞ-ın təsir imkanları çox böyükdür: Politoloq bu yaxınlarda Avropada Azərbaycana qarşı qəbul edilmiş sənədləri də xatırladıb və bildirib ki, bütün bunlar erməni diasporunun fəaliyyəti nəticəsində ərsəyə gəlib: "Ona görə də Aİ-nin hazırkı şəraitdə bölgəyə və Azərbaycana yanaşması təəccüblü deyil. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın müəyyən etdiyi bu çərçivədən kənara çıxmayacaq. Yəni Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın oynaya biləcəyi rol sabit qalacaq. Biz bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyətinin Qərbə yönəlik siyəsətini də anlayışla qəbul edirik. Çünki bu gün Azərbaycan enerji resurslarının əsas alıcı qüvvəsi Qərbdə yerləşir. Bu baxımdan münasibətlərin hazırkı şəkildə davam etdirilməsi dövlət siyasəti və maraqları baxımından anlaşılandır. Hesab edirəm ki, bölgədə məlum güc mərkəzlərinin Rusiya və İran əleyhinə idarə etdiyi ssenaridə əvvəllər də olduğu kimi Azərbaycan dövləti yer almayacaq".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/84/423368496_184:0:1000:612_1920x0_80_0_0_756f3fa8eccd3a6a4e70d41a92e4c39f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, missiya, ermənistan, millət vəki, azərbaycan
ai, missiya, ermənistan, millət vəki, azərbaycan
Aİ missiyası bölgəni qarışdırır - XİN-in reaksiyasından kimlər hansı dərsi çıxarmalıdır?
Millət vəkili: "Bölgədə məlum güc mərkəzlərinin Rusiya və İran əleyhinə idarə etdiyi ssenaridə əvvəllər də olduğu kimi Azərbaycan dövləti yer almayacaq".
BAKI, 31 mart — Sputnik. "Avropa İttifaqı Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin "Ermənistanı Azərbaycandan qorumaq" kimi təqdim etməsini qətiyyətlə qınayırıq". Bu açıqlamanı martın 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Bildirilib ki, Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaradılmamalıdır.
Sputnik Azərbaycan Aİ missiyası Ermənistanın təxribatlarının genişlənməsinə rəvac verə bilərmi sualı ilə millət vəkili Elşad Mirbəşiroğluna və politoloq Elşən Manafova müraciət edib.
Millət vəkili Elşad Mirbəşiroğlu hesab edir ki, artıq ikinci dəfə daha uzun müddətli mülki missiyanın Ermənistan ərazisinə göndərilməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu ölkə cəsarətlənib və ritorikasını sərtləşdirib: "Ermənistan Avropa İttifaqının mülki monitorinq missiyasının timsalında özünə bir dəstək görür. Biz hər zaman qeyd edirik ki, Ermənistan yekun sülh sazişini imzalamaqdan hər vasitə ilə yayınır. Ermənistan tərəfi zaman qazanmaqla özünə dəstək elementi tapmağa çalışırdı. Ötən ilin oktyabrında Praqada keçirilmiş görüşdə Ermənistan belə bir dəstəyi tapmış oldu".
Millət vəkili vurğulayıb ki, bu missiyanın göndərilməsində məqsəd reallıqların təhrif olunmasından ibarətdir:
"Ermənistanı zərərçəkmiş tərəf kimi, Azərbaycanı isə aqressor kimi göstərməyə çalışırlar. Biz bilirik ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlara əl atır, ərazilərimizə silah-sursat daşımağa cəhd edirlər. Azərbaycanın bunun qarşısını almasını isə ermənilərə qarşı aqressiya kimi qeyd edirlər. NATO-nun keçmiş Baş katibinin də regiona səfəri və verdiyi açıqlamalar göstərir ki, Aİ-nin məqsədi regionda sülhün əldə olunmasına yönəlməyib. Əksinə, başladılmış prosesi əngəlləmək üçün əllərindən gələni edirlər. Mülki Missiyanın regiona gəlməsi Azərbaycana qarşı siyasi cəbhənin formalaşdırılması üçün əsasların yaradılmasına xidmət edir".
Politoloq Elşən Manafov hesab edir ki, Avropa İttifaqının xarici siyasətinə ABŞ-ın təsir imkanları çox böyükdür:
"Məhz ABŞ-ın təşəbbüsü ilə Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar göstərir ki, Avropa İttifaqı müstəqil siyasət sərgiləmək iqtidarında deyil. Hətta "Şimal Axını" kəmərlərindəki partlayışların ABŞ tərəfindən törədilməsi ilə bağlı təkzibedilməz faktların olmasına baxmayaraq, Almaniya kimi ölkə ona qarşı çıxa bilmir. Bu mənada Avropa İttifaqının Cənubi Qafqaza yönəlik siyasəti də Bayden administrasiyasının, daha doğrusu isə onun da siyasətinə yön verən məşhur Rotşildlərin nəzarəti altındadır. İstər İran ətrafında yaradılan gərginlik - bu gərginlik də süni şəkildə ABŞ tərəfindən yaradılır və Avropa İttifaqı da onun yedəyində gedir. İranın Ukraynadakı hadisələr fonunda Rusiyaya dəstək verməsi İrana qarşı münasibəti kəskin şəkildə pisləşdirdi. Hazırda regionu İrana qarşı sürükləyən bir siyasət təşviq edilir".
Politoloq bu yaxınlarda Avropada Azərbaycana qarşı qəbul edilmiş sənədləri də xatırladıb və bildirib ki, bütün bunlar erməni diasporunun fəaliyyəti nəticəsində ərsəyə gəlib:
"Ona görə də Aİ-nin hazırkı şəraitdə bölgəyə və Azərbaycana yanaşması təəccüblü deyil. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın müəyyən etdiyi bu çərçivədən kənara çıxmayacaq. Yəni Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın oynaya biləcəyi rol sabit qalacaq. Biz bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyətinin Qərbə yönəlik siyəsətini də anlayışla qəbul edirik. Çünki bu gün Azərbaycan enerji resurslarının əsas alıcı qüvvəsi Qərbdə yerləşir. Bu baxımdan münasibətlərin hazırkı şəkildə davam etdirilməsi dövlət siyasəti və maraqları baxımından anlaşılandır. Hesab edirəm ki, bölgədə məlum güc mərkəzlərinin Rusiya və İran əleyhinə idarə etdiyi ssenaridə əvvəllər də olduğu kimi Azərbaycan dövləti yer almayacaq".