Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadi Şuranın növbəti iclası keçirilib

© Official website of President of Azerbaijan RepublicКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
BAKI, 30 mart - Sputnik. İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Xəbər lenti
0