https://sputnik.az/20230330/media-defn-merasimini-isiqlandiran-zaman-nelere-diqqet-etmelidir-453150246.html
Media dəfn mərasimini işıqlandıran zaman nələrə diqqət etməlidir?
Media dəfn mərasimini işıqlandıran zaman nələrə diqqət etməlidir?
Sputnik Azərbaycan
Dəfn mərasiminin detallı şəkildə çəkilib KİV-də, sosil şəbəkədə paylaşılması nə dərəcədə doğrudur? Ümumiyyətlə, media dəfn mərasimini işıqlandıran zaman nələrə... 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T10:00+0400
2023-03-30T10:00+0400
2023-03-30T11:25+0400
media
cəmiyyət
müşfiq ələsgərli
elnur rüstəmov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860897_0:103:2000:1228_1920x0_80_0_0_23b64589e9480ab37f11aa3709d24439.jpg
BAKI, 30 mart — Sputnik. Son zamanlar Azərbaycanda vəfat edən məşhur şəxslərin dəfn mərasimi hərtərəfli şəkildə izləyicilərə təqdim olunur. Xüsusən ötən həftə yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni bütün detalları ilə tamaşaçılara təqdim olunub. Bu da sosial medaiada insanların qınağına səbəb olub. Hətta məşhurlar arasında da bunu qınayanlara rast gəlinib. Tanınmış televizya aparıcısı Turan İbrahimov vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayır: "Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi? Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam. Mənə Oqtayı yerdə, Dilarəni də o vəziyyətdə görmək o qədər pis təsir edib ki, tanınmağımdan diksinmişəm". Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə isə media o sahələrdəndir ki, bura həm qanunla, həm də etik kodekslə tənzimlənir. Bəzi məsələlər var ki, qanun qadağan eləmir, amma etik baxımdan doğru deyil. Bu məsələlələr jurnalistin etik davranış kodeksi ilə təmzinlənir. Media eksperti əlavə edir ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında bu məsələ çox açıq şəkildə göstərilir: "Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipi insanların şərəf və ləyaqətnin qorunmasıdır. Orada şəxsi həyatla da bağlı müddəalar var. Məsələn, ictimai şəxslərin həyat tərzi şəxsi həyat müstəvisindən çıxır. İctimai şəxs olduğu üçün adi vətəndaşlardan fərqli olaraq, bəzi informasiyaları daha çox olur. Hüzr və ya toy mərasimi insanın şəxsi işidir. İstər o ictimai şəxs olsun, istərsə də adi şəxs". Müşfiq Ələsgərli bildirir ki, video və fotolar mərasim sahibinin razılığı ilə çəkilməldir: "Məsələnin ən əhəmiyyətli tərəflərindən biri də odur ki, jurnalistlərin işi ictimai maraq doğuran hadisəni çəkib yaymaqdır. Ən pis tərəfi də odur ki, jurnalistikanın əsas prinsipi olaraq ictimai maraq məsələsi pozulur. Tutaq ki, bir tanınmış insanın qəbirə qoyulmasında ictimai diqqət çəkən nə var ki? Yəni, bu təkcə tanınmış şəxsəmi aiddir? Başqaları ölməyəcəkmi? Bəzi intim, zəruri hislər var ki, onlar insanların özlərinə aiddir. Bu, bizim dinimizlə, əxlaqımızla, mental dəyərlərimizlə qorunur. Bu baxımdan hər hadisəni detallarına qədər çəkib, eybəcər formada göstərməyə ehtiyac yoxdur. Bizim etik kodeksimizdə də tənzimlənir. Mətbuat Şurası da bu tipli çəkilişləri pislədiyini bəyan edib". Məsələnin psixoloji tərəflərinə gəldikdə isə psixoloq Elnur Rüstəmov bildirir ki, son zamanlar istər ənənəvi media, istərsə də sosial media İP yığmağı qarşısına məqsəd qoyub. Ona görə də hər hansısa bir məşhur vəfat edəndə çalışırlar ən xırda detalları da çəksinlər ki, İP qazansınlar. Onlara izləyicilərin psixolji vəziyyəti maraqlı deyil: "İnanmıram ki, o insanlar öz doğmalarının yas mərasimini çəkib paylaşsınlar. Biz bu məsələyə mədəniyyət, din, adət-ənənə kontekstində qiymət versək, doğru deyil. Bu tipli çəkilişləri edənlərin psixoloji durumu barədə bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, normal psixoloji vəziyyəti olan insan belə çəkilişlər etməz. Bu cür məsələlərə birmənalı qiymət vermək olmur. Bu gün biz 4-cü sənaye inqilabını yaşayırıq. Hər şey dəyişir. Bu dəyişikliyin fonunda insanların davranışları, ünsiyyəti də dəyişir. Bu gün bizim patologiya dediyimiz iki ildən sonra normaya çevrilir. Bəlkə də iki il sonra qəbir daşlarının üzərində QR kod da olacaq. Qəbri görən insanlar həmin QR koda daxil olmaqla onun həyatını öyrənə biləcəklər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860897_114:0:1887:1330_1920x0_80_0_0_492e4d9d894fbc84f6cc80cbfa832ddf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
media, müşfiq ələsgərli, elnur rüstəmov
media, müşfiq ələsgərli, elnur rüstəmov
Media dəfn mərasimini işıqlandıran zaman nələrə diqqət etməlidir?
10:00 30.03.2023 (Yenilənib: 11:25 30.03.2023) Dəfn mərasiminin detallı şəkildə çəkilib KİV-də, sosil şəbəkədə paylaşılması nə dərəcədə doğrudur? Ümumiyyətlə, media dəfn mərasimini işıqlandıran zaman nələrə diqqət etməlidir? Mütəxəssislər bu suallara cavab veriblər.
BAKI, 30 mart — Sputnik. Son zamanlar Azərbaycanda vəfat edən məşhur şəxslərin dəfn mərasimi hərtərəfli şəkildə izləyicilərə təqdim olunur. Xüsusən ötən həftə yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni bütün detalları ilə tamaşaçılara təqdim olunub. Bu da sosial medaiada insanların qınağına səbəb olub. Hətta məşhurlar arasında da bunu qınayanlara rast gəlinib.
Tanınmış televizya aparıcısı Turan İbrahimov vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayır:
"Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi? Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam. Mənə Oqtayı yerdə, Dilarəni də o vəziyyətdə görmək o qədər pis təsir edib ki, tanınmağımdan diksinmişəm".
Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə isə media o sahələrdəndir ki, bura həm qanunla, həm də etik kodekslə tənzimlənir. Bəzi məsələlər var ki, qanun qadağan eləmir, amma etik baxımdan doğru deyil. Bu məsələlələr jurnalistin etik davranış kodeksi ilə təmzinlənir.
Media eksperti əlavə edir ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında bu məsələ çox açıq şəkildə göstərilir:
"Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipi insanların şərəf və ləyaqətnin qorunmasıdır. Orada şəxsi həyatla da bağlı müddəalar var. Məsələn, ictimai şəxslərin həyat tərzi şəxsi həyat müstəvisindən çıxır. İctimai şəxs olduğu üçün adi vətəndaşlardan fərqli olaraq, bəzi informasiyaları daha çox olur. Hüzr və ya toy mərasimi insanın şəxsi işidir. İstər o ictimai şəxs olsun, istərsə də adi şəxs".
Müşfiq Ələsgərli bildirir ki, video və fotolar mərasim sahibinin razılığı ilə çəkilməldir:
"Məsələnin ən əhəmiyyətli tərəflərindən biri də odur ki, jurnalistlərin işi ictimai maraq doğuran hadisəni çəkib yaymaqdır. Ən pis tərəfi də odur ki, jurnalistikanın əsas prinsipi olaraq ictimai maraq məsələsi pozulur. Tutaq ki, bir tanınmış insanın qəbirə qoyulmasında ictimai diqqət çəkən nə var ki? Yəni, bu təkcə tanınmış şəxsəmi aiddir? Başqaları ölməyəcəkmi? Bəzi intim, zəruri hislər var ki, onlar insanların özlərinə aiddir. Bu, bizim dinimizlə, əxlaqımızla, mental dəyərlərimizlə qorunur. Bu baxımdan hər hadisəni detallarına qədər çəkib, eybəcər formada göstərməyə ehtiyac yoxdur. Bizim etik kodeksimizdə də tənzimlənir. Mətbuat Şurası da bu tipli çəkilişləri pislədiyini bəyan edib".
Məsələnin psixoloji tərəflərinə gəldikdə isə psixoloq Elnur Rüstəmov bildirir ki, son zamanlar istər ənənəvi media, istərsə də sosial media İP yığmağı qarşısına məqsəd qoyub. Ona görə də hər hansısa bir məşhur vəfat edəndə çalışırlar ən xırda detalları da çəksinlər ki, İP qazansınlar. Onlara izləyicilərin psixolji vəziyyəti maraqlı deyil:
"İnanmıram ki, o insanlar öz doğmalarının yas mərasimini çəkib paylaşsınlar. Biz bu məsələyə mədəniyyət, din, adət-ənənə kontekstində qiymət versək, doğru deyil. Bu tipli çəkilişləri edənlərin psixoloji durumu barədə bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, normal psixoloji vəziyyəti olan insan belə çəkilişlər etməz. Bu cür məsələlərə birmənalı qiymət vermək olmur. Bu gün biz 4-cü sənaye inqilabını yaşayırıq. Hər şey dəyişir. Bu dəyişikliyin fonunda insanların davranışları, ünsiyyəti də dəyişir. Bu gün bizim patologiya dediyimiz iki ildən sonra normaya çevrilir. Bəlkə də iki il sonra qəbir daşlarının üzərində QR kod da olacaq. Qəbri görən insanlar həmin QR koda daxil olmaqla onun həyatını öyrənə biləcəklər".