https://sputnik.az/20230330/fransada-gergin-muhitde-istehlakci-inami-asagi-dusur-453158815.html
Fransada gərgin mühitdə istehlakçı inamı aşağı düşür
Fransada gərgin mühitdə istehlakçı inamı aşağı düşür
Sputnik Azərbaycan
Daha az fransız insan öz həyat standartlarının və şəxsi rifahının yüksələcəyini gözləyir. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T08:03+0400
2023-03-30T08:03+0400
2023-03-30T08:03+0400
fransa
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0c/452605078_0:163:3063:1886_1920x0_80_0_0_dd7cb4a4043714d8d600fb5d8908aee5.jpg
BAKI, 30 mart — Sputnik. Fransada vətəndaşların öz rifahına inamını əks etdirən istehlakçı inamı indeksi cəmiyyətdəki gərgin vəziyyət fonunda ardıcıl ikinci aydır ki, aşağı düşüb. Fransanın "Insee" Milli Statistika İnstitutunun çərşənbə günü nəşr olunmuş hesabatında belə deyilir. "2023-cü ilin mart ayında istehlakçı inamı yenidən bir qədər azalıb. İndeks 1 bənd azalaraq 81 bəndə çatıb ki, bu da uzunmüddətli orta göstəricidən (1987-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər - 100 bənd) xeyli aşağıdır", - institutun saytında belə deyilir. Fransızların cari həyat səviyyəsi ilə bağlı fikirləri bir ay ərzində üç faiz bəndi itirərək pisləşib və "2022-ci il iyulunda olan ən aşağı tarixi göstəricisinə çatıb" deyilir. Bu qrafik göstərir ki, daha az fransız insan öz həyat standartlarının və şəxsi rifahının yüksələcəyini gözləyir, lakin işsizlikdən qorxan insanların faizi azalıb. Bundan əvvəl "Insee", ölkədə illik inflyasiyanın fevral ayında 6,3%-ə yüksəldiyini, ərzaq məhsullarının qiymətlərinin isə il ərzində 14,8% artdığını bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0c/452605078_166:0:2897:2048_1920x0_80_0_0_8d081ce4699b1a43adc848b96029d9e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa
Fransada gərgin mühitdə istehlakçı inamı aşağı düşür
Daha az fransız insan öz həyat standartlarının və şəxsi rifahının yüksələcəyini gözləyir.
BAKI, 30 mart — Sputnik. Fransada vətəndaşların öz rifahına inamını əks etdirən istehlakçı inamı indeksi cəmiyyətdəki gərgin vəziyyət fonunda ardıcıl ikinci aydır ki, aşağı düşüb.
Fransanın "Insee" Milli Statistika İnstitutunun çərşənbə günü nəşr olunmuş hesabatında belə deyilir.
"2023-cü ilin mart ayında istehlakçı inamı yenidən bir qədər azalıb. İndeks 1 bənd azalaraq 81 bəndə çatıb ki, bu da uzunmüddətli orta göstəricidən (1987-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər - 100 bənd) xeyli aşağıdır", - institutun saytında belə deyilir.
Fransızların cari həyat səviyyəsi ilə bağlı fikirləri bir ay ərzində üç faiz bəndi itirərək pisləşib və "2022-ci il iyulunda olan ən aşağı tarixi göstəricisinə çatıb" deyilir.
Bu qrafik göstərir ki, daha az fransız insan öz həyat standartlarının və şəxsi rifahının yüksələcəyini gözləyir, lakin işsizlikdən qorxan insanların faizi azalıb.
Bundan əvvəl "Insee", ölkədə illik inflyasiyanın fevral ayında 6,3%-ə yüksəldiyini, ərzaq məhsullarının qiymətlərinin isə il ərzində 14,8% artdığını bildirmişdi.