https://sputnik.az/20230330/bakida-cin-inceseneti-sergisi-acilib-453185765.html
Bakıda Çin incəsənəti sərgisi açılıb
Bakıda Çin incəsənəti sərgisi açılıb
Sputnik Azərbaycan
Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs... 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T12:09+0400
2023-03-30T12:09+0400
2023-03-30T12:09+0400
çin
mədəniyyət
sərgi
incəsənət
milli incəsənət muzeyi
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1e/453185543_0:38:773:472_1920x0_80_0_0_092a269803224da7e605e8c75d879238.jpg
BAKI, 30 mart — Sputnik. Azərbaycanın Milli İncəsənət Muzeyində "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgi layihəsinin açılış mərasimi keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: "İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır". Qeyd edək ki, sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, "muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması" kimi xarakterizə edib. Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıb. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir. Xatırladaq ki, "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilir. Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin, Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır. Layihənin koordinatoru Könül Rəfiyevadır. Sərgi 3 ay davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1e/453185543_4:0:725:541_1920x0_80_0_0_e84a6033ad6a0a7e24ffe75165e39391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, sərgi, incəsənət, milli incəsənət muzeyi
çin, sərgi, incəsənət, milli incəsənət muzeyi
Bakıda Çin incəsənəti sərgisi açılıb
Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olacaq
BAKI, 30 mart — Sputnik. Azərbaycanın Milli İncəsənət Muzeyində "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgi layihəsinin açılış mərasimi keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: "İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır".
Qeyd edək ki, sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, "muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması" kimi xarakterizə edib.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıb. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.
Xatırladaq ki, "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilir.
Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin, Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır. Layihənin koordinatoru Könül Rəfiyevadır.