https://sputnik.az/20230330/baki-bulvarinda-cekilis-aparmaq-qadagandir--vdeo-453156764.html
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? — VİDEO
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? — VİDEO
Sputnik Azərbaycan
Hüququqşünas Şamil Paşayev bildirib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T09:01+0400
2023-03-30T09:01+0400
2023-03-30T09:01+0400
bulvar
cəmiyyət
"içərişəhər
"içərişəhər" stansiyası
içərişəhər dövlət tarix-memarlıq qoruğu
https://cdnn1.img.sputnik.az/img/40986/34/409863426_0:77:2001:1202_1920x0_80_0_0_70d885a326d68c1a671b4b0cb6d68869.jpg
BAKI, 30 mart — Sputnik. Yerli telekanallardan birinin əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib. Əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir. 21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurd və gülünc görünür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə işləmək məcburiyyətində qalır. Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var? Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz, sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi. Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al. Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva əməkdaşımıza bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır. Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxusaq da, heç bir bənddə "jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar" müddəasına rast gəlmədik. Hüququqşünas Şamil Paşayev də "Xəzər Xəbər"ə təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş aparmaq qanunla qadağan deyil. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: Qeyd edək ki, son illər müxtəlif mobil cihazların mövcudluğu foto və video çəkilişləri asanlaşdırıb. Hər birimiz düşünmədən mobil cihazı əlimizə alıb çəkilişlər aparırıq. Amma bir sıra ərazilər vardır ki, orada müəyyən çəkilişlərin aparılması üçün xüsusi icazə alınmalıdır. Bu ərazilərdən biri də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Belə ki, qoruğun ərazisində yerləşən abidələrin tədqiqinin və təbliğinin (audiovizual çəkilişlər aparılmasının və s.) həyata keçirilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə alınmalıdır. Belə bir icazənin alınması abidələrin həvəskar, o cümlədən, turist çəkilişləri zamanı tələb edilmir.Oxşar məhdudiyyət həmçinin dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında çəkilişlərə aiddir. Belə ki, qeyd edilən təşkilatlarda müvafiq təşkilatın rəhbərinin razılığı olmadan foto və video çəkilişlərin aparılması qadağandır. Buraya metro da aiddir. Həmçinin xüsusi mühafizə olunan obyektlərdə də çəkiliş aparmaq olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40986/34/409863426_146:0:1853:1280_1920x0_80_0_0_5e24347ce6c9e99e86813e9049f26144.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bulvar, "içərişəhər, "içərişəhər" stansiyası, içərişəhər dövlət tarix-memarlıq qoruğu
bulvar, "içərişəhər, "içərişəhər" stansiyası, içərişəhər dövlət tarix-memarlıq qoruğu
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? — VİDEO
Hüququqşünas Şamil Paşayev bildirib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.
BAKI, 30 mart — Sputnik. Yerli telekanallardan birinin əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib. Əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.
21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurd və gülünc görünür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə işləmək məcburiyyətində qalır.
Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?
Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz, sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.
Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib.
Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.
Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva əməkdaşımıza bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır.
Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb.
Lakin nizamnaməni əvvəldən axıra qədər oxusaq da, heç bir bənddə "jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar" müddəasına rast gəlmədik.
Hüququqşünas Şamil Paşayev də "Xəzər Xəbər"ə təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş aparmaq qanunla qadağan deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Qeyd edək ki, son illər müxtəlif mobil cihazların mövcudluğu foto və video çəkilişləri asanlaşdırıb. Hər birimiz düşünmədən mobil cihazı əlimizə alıb çəkilişlər aparırıq. Amma bir sıra ərazilər vardır ki, orada müəyyən çəkilişlərin aparılması üçün xüsusi icazə alınmalıdır. Bu ərazilərdən biri də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Belə ki, qoruğun ərazisində yerləşən abidələrin tədqiqinin və təbliğinin (audiovizual çəkilişlər aparılmasının və s.) həyata keçirilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən icazə alınmalıdır. Belə bir icazənin alınması abidələrin həvəskar, o cümlədən, turist çəkilişləri zamanı tələb edilmir.
Oxşar məhdudiyyət həmçinin dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında çəkilişlərə aiddir. Belə ki, qeyd edilən təşkilatlarda müvafiq təşkilatın rəhbərinin razılığı olmadan foto və video çəkilişlərin aparılması qadağandır. Buraya metro da aiddir. Həmçinin xüsusi mühafizə olunan obyektlərdə də çəkiliş aparmaq olmaz.