https://sputnik.az/20230330/a-de-berpa-olunan-enerji-menbeleri-uzre-ilkin-razilasma-elde-edilib-453216525.html
Aİ-də bərpa olunan enerji mənbələri üzrə ilkin razılaşma əldə edilib
Aİ-də bərpa olunan enerji mənbələri üzrə ilkin razılaşma əldə edilib
Sputnik Azərbaycan
Danışıqlarda bir sıra məsələlərə toxunulub. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T19:10+0400
2023-03-30T19:10+0400
2023-03-30T19:41+0400
ai
dünya xəbərləri
avropa
enerji
bərpaolunan enerji
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_0:72:3072:1800_1920x0_80_0_0_6a01ce91502c391c0b3840cdcd517ab9.jpg
BAKI, 30 mart — Sputnik. Avropa Şurası və Avropa Parlamentinin bərpa olunan enerji mənbələri ilə bağlı danışıqların iştirakçıları ilkin razılığa gəliblər. Bu barədə İsveçin Avropa İttifaqına sədrliyinin "Twitter" səhifəsində məlumat verilib. "Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Parlamentinin danışıqların iştirakçıları bərpa olunan enerji mənbələri ilə bağlı ilkin siyasi razılaşma əldə ediblər", - yazıda bildirilib. Danışıqlarda bir sıra məsələlərə toxunulub. Məsələn, Fransanın başçılıq etdiyi bir sıra ölkələr israr ediblər ki, atom enerjisindən istifadə etməklə hasil edilən hidrogen bərpa olunan hesab edilsin. Bundan əlavə, Aİ-nin 2030-cu ilə qədər bərpa olunan enerjinin payı üzrə hədəf göstəricisinin 32%-dən ən azı 40%-ə qədər yüksəldilməsi və müxtəlif növ bioyanacaqlara dair fikirlər müzakirə olunub. Çərşənbə günü Avropa İttifaqı ölkələrinin və Avropa Parlamentinin nümayəndələri Aİ-nin bu ildə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə məqsədlərini müəyyənləşdirmək üçün danışıqların yekun mərhələsini keçiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075355_341:0:3072:2048_1920x0_80_0_0_f7a84271743c4e880832de084b28166d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, avropa, enerji, bərpaolunan enerji
ai, avropa, enerji, bərpaolunan enerji
Aİ-də bərpa olunan enerji mənbələri üzrə ilkin razılaşma əldə edilib
19:10 30.03.2023 (Yenilənib: 19:41 30.03.2023) Danışıqlarda bir sıra məsələlərə toxunulub.
BAKI, 30 mart — Sputnik. Avropa Şurası və Avropa Parlamentinin bərpa olunan enerji mənbələri ilə bağlı danışıqların iştirakçıları ilkin razılığa gəliblər.
Bu barədə İsveçin Avropa İttifaqına sədrliyinin "Twitter" səhifəsində məlumat verilib.
"Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Parlamentinin danışıqların iştirakçıları bərpa olunan enerji mənbələri ilə bağlı ilkin siyasi razılaşma əldə ediblər", - yazıda bildirilib.
Danışıqlarda bir sıra məsələlərə toxunulub. Məsələn, Fransanın başçılıq etdiyi bir sıra ölkələr israr ediblər ki, atom enerjisindən istifadə etməklə hasil edilən hidrogen bərpa olunan hesab edilsin. Bundan əlavə, Aİ-nin 2030-cu ilə qədər bərpa olunan enerjinin payı üzrə hədəf göstəricisinin 32%-dən ən azı 40%-ə qədər yüksəldilməsi və müxtəlif növ bioyanacaqlara dair fikirlər müzakirə olunub.
Çərşənbə günü Avropa İttifaqı ölkələrinin və Avropa Parlamentinin nümayəndələri Aİ-nin bu ildə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə məqsədlərini müəyyənləşdirmək üçün danışıqların yekun mərhələsini keçiriblər.