https://sputnik.az/20230330/29-marta-qeder-odenisi-edilmis-avtomobillerin-azerbaycana-getirilmesine-icaze-verilecek-453218813.html
29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək
29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək
Sputnik Azərbaycan
29 mart da daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T15:58+0400
2023-03-30T15:58+0400
2023-03-30T15:58+0400
cəmiyyət
avtomobil
gömrük
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435055221_0:256:2730:1792_1920x0_80_0_0_6c602b64e8662dc2cfbae4d6a2f905a4.jpg
BAKI, 30 mart - Sputnik. Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.Dövlət Gömrük Komitəsindən APA-ya verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.***29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək.Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.Qeyd edək ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.Ancaq 29 marta qədər, 29 mart da daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. Həmin avtomobillərin ölkəyə gətirilməsi isə 3 aya qədər çəkə bilər. Beləliklə, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.
https://sputnik.az/20230329/azerbaycana-yasi-10-ilden-cox-olan-minik-avtomobillerinin-getirilmesi-dayandirilir-453172183.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0a/435055221_0:0:2730:2048_1920x0_80_0_0_14a6b13d4d5da5e1e780da4032793903.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil, gömrük
29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək
29 mart da daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var.
BAKI, 30 mart - Sputnik. Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.
Dövlət Gömrük Komitəsindən APA-ya verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək.
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Qeyd edək ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Ancaq 29 marta qədər, 29 mart da daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. Həmin avtomobillərin ölkəyə gətirilməsi isə 3 aya qədər çəkə bilər. Beləliklə, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.