DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: Rusiya və Çinin birliyi möhtəşəm görünür

© AP Photo / Rebecca BlackwellDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Tramp, onu da bildirib ki, ABŞ prezidenti kimi o, rusiyalı həmkarı ilə çox yaxşı anlaşıb və Vladimir Putin həmişə "sülh istəyib".
BAKI, 29 mart — Sputnik. ABŞ-ın keçmiş və bəlkə də gələcək Prezidenti Donald Tramp Texasda keçirilən mitinqdə çıxış edərək dünyanın iki ən böyük dövlətinin liderlərinin görüşünü şərh edib. O, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinə qiymət verib.
"Siz gördünüz: həm Prezident Si Cinpin, həm də Prezident Putin ağıllı, çox ağıllı insanlardır və onlar üz-üzə dayanıb gələcək yüz il ərzində dünya nizamını müzakirə edirdilər", - deyə o, "Daily Mail"dən sitat gətirib.
Siyasətçi qeyd edib ki, bu gün Rusiya və Çinin birliyi möhtəşəm görünür.
Tramp, həmçinin, bildirib ki, ABŞ prezidenti kimi o, rusiyalı həmkarı ilə çox yaxşı anlaşıb və Vladimir Putin həmişə "sülh istəyib".
Ağ Evin keçmiş rəhbəri tərəfdarlarına əvvəllər dediklərini xatırlatmaqdan çəkinməyib - əgər o, ABŞ prezidenti olsaydı, Ukrayna münaqişəsi, sadəcə olaraq, yaranmazdı.
Üstəlik, o, hakimiyyətə gələrsə, 24 saat ərzində Ukrayna problemini həll edəcəyi ilə də öyünüb. Doğrudur, Tramp bunu necə edəcəyini açıqlamayıb.
Bununla belə, siyasətşünasların fikrincə, ABŞ siyasətçiləri üçün Ukraynaya dair əsassız bəyanatlar verməyin və yüksək səviyyəli vədlər verməyin vaxtı gəlib, çünki Bayden komandası prezident yarışına qatılmağa, çətin ki, risk edə – bu komandanın çiyinlərində ölkənin az qala birbaşa iştirak etdiyi həlledilməmiş münaqişə var. Bu isə o deməkdir ki, Amerika prezident kürsüsü uğrunda mübarizənin ortasında Ukrayna problemi həll ediləcək.
Xatırladaq ki, Çin rəhbərinin Rusiyaya səfəri martın 20-dən 22-dək davam edib. Putin və Si Cinpin arasında rəsmi danışıqlar aparılıb və nəticədə 2030-cu ilə qədər iqtisadi əməkdaşlıq planlarına dair bir sıra bəyanatlar imzalanıb.
Bundan əvvəl ABŞ-ın keçmiş lideri Donald Trampın ABŞ-ı "banan respublikası" adlandırdığı bildirilirdi.
Xəbər lenti
0