Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ticari-iqtisadi, investisiya sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunub

© Photo : Cabinet of Ministers of the Republic of Azerbaijan Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb
Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb
 - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.
BAKI, 29 mart — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişafı qeyd olunub.
Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.
Tərəflər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin, ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.
Xəbər lenti
0