https://sputnik.az/20230329/sertifikatlasmada-tekrar-istirak-edecek-muellimler-ucun-ixtisasartirma-telimleri-baslayir-453149761.html
Sertifikatlaşmada təkrar iştirak edəcək müəllimlər üçün ixtisasartırma təlimləri başlayır
Sertifikatlaşmada təkrar iştirak edəcək müəllimlər üçün ixtisasartırma təlimləri başlayır
Sputnik Azərbaycan
Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T21:32+0400
2023-03-29T21:32+0400
2023-03-29T21:32+0400
imtahan
təhsil
sertifikasiya
sertifikatlaşdırılma
təhsil müəssisəsi
ixtisas
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:2001:1125_1920x0_80_0_0_e8ba9f12ec4968d3fa5d0068a37d4288.jpg
BAKI, 29 mart — Sputnik. Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start verilir. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir. Rüfət Əzizov bildirib ki, 48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək: "Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq". Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: - hamilə qadınlar; - uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); - ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində; - azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:1775:1331_1920x0_80_0_0_cb102da7497056b5ff853a98c7f58950.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, sertifikasiya, sertifikatlaşdırılma, təhsil müəssisəsi, ixtisas
imtahan, sertifikasiya, sertifikatlaşdırılma, təhsil müəssisəsi, ixtisas
Sertifikatlaşmada təkrar iştirak edəcək müəllimlər üçün ixtisasartırma təlimləri başlayır
Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir.
BAKI, 29 mart — Sputnik. Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start verilir.
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir.
Rüfət Əzizov bildirib ki, 48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək: "Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq".
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.