https://sputnik.az/20230329/ran-regional-tehdiddir---xn-rehberi-453130625.html
İran regional təhdiddir - XİN rəhbəri
İran regional təhdiddir - XİN rəhbəri
Sputnik Azərbaycan
İsrailin xarici işlər naziri Eli Kohen bildirib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T11:53+0400
2023-03-29T11:53+0400
2023-03-29T12:05+0400
siyasət
iran
israil
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453131830_0:161:3070:1888_1920x0_80_0_0_bbc9d9c16c15b74072279e7acf67aad5.jpg
BAKI, 29 mart — Sputnik. "Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir". Bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir: "Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur", - nazir vurğulayıb. İsrail XİN rəhbəri İran barədə də danışıb və bildirib ki, İran regional təhdiddir. “Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, - nazir qeyd edib.(APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453131830_170:0:2901:2048_1920x0_80_0_0_f5f2868e77399160f46fbfdfa974356c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, israil
İran regional təhdiddir - XİN rəhbəri
11:53 29.03.2023 (Yenilənib: 12:05 29.03.2023) İsrailin xarici işlər naziri Eli Kohen bildirib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir.
BAKI, 29 mart — Sputnik. "Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".
Bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir:
"Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur", - nazir vurğulayıb.
İsrail XİN rəhbəri İran barədə də danışıb və bildirib ki, İran regional təhdiddir.
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, - nazir qeyd edib.(APA)