https://sputnik.az/20230329/qazaxin-serhedyani-bolgede-yerlesen-uc-kendinin-icmeli-su-techizati-yaxsilasdirilir-453156360.html
Qazaxın sərhədyanı bölgədə yerləşən üç kəndinin içməli su təchizatı yaxşılaşdırılır
Qazaxın sərhədyanı bölgədə yerləşən üç kəndinin içməli su təchizatı yaxşılaşdırılır
Sputnik Azərbaycan
Hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T23:22+0400
2023-03-29T23:22+0400
2023-03-29T23:22+0400
qazax
azərbaycan xəbərləri
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453156203_0:0:3076:1731_1920x0_80_0_0_45226dc2a148c79808bde21ab54a2179.jpg
BAKI, 29 mart — Sputnik. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. "Azərsu"dan bildirilib ki, dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər. Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453156203_236:0:2965:2047_1920x0_80_0_0_4c045e9224e08b6a6f7ec16a85076619.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazax, prezident ilham əliyev
qazax, prezident ilham əliyev
Qazaxın sərhədyanı bölgədə yerləşən üç kəndinin içməli su təchizatı yaxşılaşdırılır
Hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.
BAKI, 29 mart — Sputnik. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.
"Azərsu"dan bildirilib ki, dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq.
Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.