CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz tikililərin qarşısı alınacaq - Qanunvericilik dəyişdirilir

© Sputnik / Emin AlisahibTikinti
Tikinti - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
BAKI, 29 mart — Sputnik. Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Sadiq Qurbanov gündəliyə birinci oxunuşda üç məsələnin daxil edildiyini bildirib.
Sonra komitə sədri birinci oxunuşda müzakirəyə çıxarılan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib.
Diqqətə çatdırılıb ki, adı çəkilən qanunlara eyni mahiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmin qanunların müvafiq maddələrinə təklif olunan əlavələrə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə, onların qaz qurğularının qazpaylayıcı şəbəkəyə, habelə su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması qadağandır.
Onlayn iclasda komitə üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Afət Həsənova, Mixail Zabelin, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, qanun layihələrinin əhəmiyyətindən danışıblar, düzəlişlərin məqsədəmüvafiq olduğunu bildiriblər. Deputatlar təqdim olunan sənədlərin qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcəyini söyləyiblər.
Müzakirələrin sonunda hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitənin sədri və üzvləri ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror hadisəsi barədə fikirlərini açıqlayıblar. Deputatlar bu hadisəni pisləyərək, onun araşdırılacağına, terror aktını törədənlərin müəyyən oluunacağına və layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir.
Bu, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Xəbər lenti
0