CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan alveri qurbanının anket məlumatlarının yayılması cinayətdir

© Sputnik / Anar MustafayevƏli qandallanmış qadın
Əli qandallanmış qadın - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Polis polkovnik-leytenant Vamiq Naməndzadə bildirib ki, məcburi əməyə cəlbolunma daha çox kənd təsərrüfatında qeydə alınır
BAKI, 29 mart — Sputnik. Fahişəliyə cəlbetmə cinayətlərində istismar faktı varsa, burada insan alverindən söhbət gedə bilər.
Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenant Vamiq Naməndzadə deyib.
O bildirib ki, ölkədə kişilərin cinsi istismarı halı olmasa da, məcburi əməyə cəlbdə həm kişilərin, həm də qadınların payı var: "Qeyd edim ki, məcburi əməyə cəlbolunma daha çox kənd təsərrüfatında qeydə alınır".
Nazirlik rəsmisinin sözlərinə görə, insan alverinə qarşı mübarizədə 45 QHT koalisiyasını birləşdirən koalisiya var.
V.Naməndzadə bildirir ki, Baş İdarə medianı davamlı olaraq monitorinq edir. Qurbanın anket məlumatlarının yayılması məsuliyyət yaradır: "Cinayət Məcəlləsinin 316-1 maddəsinə görə insan alveri qurbanının anket məlumatlarının yayılması cinayətdir".
Xəbər lenti
0