https://sputnik.az/20230329/fazil-mustafanin-son-durumu-necedir--453142030.html
Fazil Mustafanın son durumu necədir?
Fazil Mustafanın son durumu necədir?
Sputnik Azərbaycan
Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T14:44+0400
2023-03-29T14:44+0400
2023-03-29T14:44+0400
təbib
səhiyyə
fazil mustafa
millət vəkili fazil mustafa
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 29 mart — Sputnik. "Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir". Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır. Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb. Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, fazil mustafa, millət vəkili fazil mustafa
təbib, fazil mustafa, millət vəkili fazil mustafa
Fazil Mustafanın son durumu necədir?
Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib.
BAKI, 29 mart — Sputnik. "Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir".
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır.
Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb.
Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.