DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "Akkuyu" AES-də nüvə yanacağı aprel ayında yüklənəcək

© AFP 2024 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
"Hürriyet" qəzeti yazıb ki, "Akkuyu" AES-i Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı kampaniyasının vizit kartlarından birinə çevriləcək.
BAKI, 29 mart — Sputnik. "Akkuyu" atom elektrik stansiyasının (AES) birinci enerji blokunda nüvə yanacağı aprelin 27-də yüklənəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
"Aprelin 27-də "Akkuyu" AES-ə yanacaq yükləndikdən sonra bu obyekt rəsmi olaraq atom obyekti hesab olunacaq", - deyə Türkiyə prezidenti qeyd edib.
Bu yaxınlarda "Hürriyet" qəzeti Rusiyanın Türkiyədə inşa etdiyi "Akkuyu" AES-in Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı kampaniyasının vizit kartlarından birinə çevriləcəyini yazıb.
Qeyd olunub ki, hazırkı təşviqat kampaniyasında "Akkuyu" AES mövcud hakimiyyətin qürurverici meqalayihələrindən biri kimi təqdim olunacaq. Stansiya ilə yanaşı, bu cür layihələrin siyahısına Türkiyənin ilk "Togg" elektrikli avtomobili, yerli qırıcı, yüngül aviadaşıyıcısı və "TCG Anadolu" hücum gəmisi və s. daxildir.
Bu yaxınlarda Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib ki, "Akkuyu" AES-in ilk reaktorunun 2023-cü ilin sonuna qədər işə salınması planlaşdırılır, ona yanacaq daha tez yüklənə bilər.
Xəbər lenti
0