SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Eli Kohen apreldə Azərbaycana səfər edəcək

© AP Photo / Michal DyjukEli Kohen
Eli Kohen - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
İsrailin XİN başçısı bildirib ki, İsrail nümayəndə heyəti ölkələr arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək.
BAKI, 29 mart — Sputnik. İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək", - İsrailin XİN başçısı bildirib.
O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: "İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək".
Xəbər lenti
0