https://sputnik.az/20230329/elektrik-enerjisinin-talanmasi-hallari-askarlanib---azerisiq-453135458.html
Elektrik enerjisinin talanması halları aşkarlanıb - "Azərişıq"
Elektrik enerjisinin talanması halları aşkarlanıb - "Azərişıq"
Sputnik Azərbaycan
Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. 29.03.2023, Sputnik Azərbaycan
2023-03-29T18:45+0400
2023-03-29T18:45+0400
2023-03-29T18:45+0400
cəmiyyət
"azərişıq" asc
"azərişıq" açıq səhmdar cəmiyyəti
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:721_1920x0_80_0_0_d7d8d2c29aca9505b792a5e9e357ed50.jpg
BAKI, 29 mart — Sputnik. "Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenilənmə işlərini davam etdirir. Lakin təəssüf ki, görülən işlərə baxmayaraq, abonentlər arasında elektrik enerjisindən qanunsuz istifadə edənlərə rast gəlinir. ASC-nin mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xəzər rayonunda "Ev Qur" adlı mağazaya baxış keçirilən zaman elektrik sayğacının kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd etdiyi məlum olub. Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının "A", "B", və "C" faza cərəyan sıxaclarına müdaxilə edildiyi aydınlaşıb. Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərinin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib. Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxıb. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb. Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq. Abonentlər bilməlidirlər ki, bu cür neqativ addımlar təkcə elektrik enerjisinin talanması ilə nəticələnmir. Digər abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır, insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altına salır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:960_1920x0_80_0_0_decd595430e3566b502f56b0fb73165b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azərişıq" asc, "azərişıq" açıq səhmdar cəmiyyəti, elektrik enerjisi
"azərişıq" asc, "azərişıq" açıq səhmdar cəmiyyəti, elektrik enerjisi
Elektrik enerjisinin talanması halları aşkarlanıb - "Azərişıq"
Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək.
BAKI, 29 mart — Sputnik. "Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenilənmə işlərini davam etdirir. Lakin təəssüf ki, görülən işlərə baxmayaraq, abonentlər arasında elektrik enerjisindən qanunsuz istifadə edənlərə rast gəlinir.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xəzər rayonunda "Ev Qur" adlı mağazaya baxış keçirilən zaman elektrik sayğacının kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd etdiyi məlum olub.
Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının "A", "B", və "C" faza cərəyan sıxaclarına müdaxilə edildiyi aydınlaşıb.
Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərinin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.
Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.
Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxıb. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.
Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
Abonentlər bilməlidirlər ki, bu cür neqativ addımlar təkcə elektrik enerjisinin talanması ilə nəticələnmir. Digər abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır, insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altına salır.